Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
Tarix: 18.01.2017 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


İlhamə Cəfərli: “Bəzən, sadəcə, böyüdüyüm şəhərin hər mövsümünün qoxusu belə, burnuma gəlir. Muğam səsi gələndə ürəyimin telləri əsir”

Bu gün gənclərimiz dünyanın aparıcı universitetlərində təhsil almaqla yanaşı, həm də müxtəlif sahələrdə çalışırlar. Bütün bunlar bir daha onu göstərir ki, gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməyə çalışır, yaradılmış şəraitdən səmərəli istifadə edirlər. Hazırda xaricdə yaşayan və çalışan gənclərimiz öz təhsili və bacarıqları ilə layiqincə ölkəmizi təmasil edirlər. Müsahibimiz belə gənc həkimlərimizdən biri, Ər-Riyadda fəaliyyət göstərən həkim-cərrah İlhamə Cəfərlidir:
- Mən Naxcıvanda doğulmuşam. Bakıda təhsil almışam. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini qırmızı diplomla bitirmişəm. Ondan sonra Bakıda Musa Nağıyev adına 2-ci uşaq cərrahiyyəsi şöbəsində 3 il uşaq cərrahı kimi çalışmışam. Bununla yanaşı, dərs demişəm. İnternaturanı Amerikada olmuşam, hətta o illərdə USMLE imtahanında vermişəm. Azərbaycandan ilk və bildiyimə görə yeganə Fellow of American College of Surgeons (FACS) dərəcəsi olan cərraham. Eləcə də Avropa dərəcəsi olan ilk və yeganəyəm. Ümidvaram ki, gələcək illərdə sıralarımızda çoxları olacaq.
- Necə oldu ki, orada yaşamağa qərar verdiniz?
- Mən uşaq cərrahıyam. Hazırda Ər-Riyadda Məlik Fəhəd adına xəstəxanada çalışıram. Buranın ən böyük 4 xəstəxanasından biridir. Təhsil dərəcələrimə görə bunlardan 4 il bundan əvvəl dəvət aldım. Xəstəxananın standartları çox yüksəkdir. North Amerika standartlarıdır. Burada transplantasiya daxil olmaq şərtilə bütün əməliyyatlar həyata keçirilir. Yeni doğulmuşdan 15 yaşınadək bütün əməliyyatları edirik. Anadangəlmə qüsurların korreksiyası, qida borusu, bağırsaqların atreziyalarının əməliyyatları, hirschsprung xəstəliyinin müalicəsi, nevroloji xəstəliyi olan uşaqlarda mədədən birbaşa qidalandırma əməliyyatları və bir çox xəstəlikləri göstərmək olar. Bu yaxınlarda Kanadada qida borusundakı dəliklərin cərrahi üsulla bağlanmasının üsullarını çap etmişik.

“Mənim rəhmətlik babam Cabbar Cəfərov cərrah olmuşdu. İlk əməliyyatı onunla 19 yaşında etmişik”

Hətta “Facebook” səhifəmdə də bunu yerləşdirmişəm. İkinci işim də uşaqlarda mədədən birbaşa qidalandırmadır ki, bununla bağlı Ciddədə beynəlxalq konfransda çıxış etdim. Bununla bağlı məlumat da bu yaxınlarda çap olunacaq. Cərrahlıqla bağlı şəhadətnamələrim var. Mən ilk cərrahi dərəcəm, ümumi cərrah kimi İrlandiyanın Royal College of Surgeons in İreland adlı Kral Kollecində almışam. Uşaq cərrahı kimi isə Amerikada və dekabr ayında da Avropadan aldım.
- Peşənizlə bağlı uğurlar əldə etmisiniz. Fəaliyyətinizi xarici ölkədə davam etdirmək çətin deyilmi?
- Hər şeyin üstün tərəfi və əksik tərəfi var. Burada beynəlxalq təçrübə qazandım. Lakin Vətəndən uzaqda yaşamaq heç də asan deyil. Bəzən, sadəcə, böyüdüyüm şəhərin hər mövsümünün qoxusu belə burnuma gəlir. Hər zaman həsrətlə yaşayırsan. İldə 1-2 dəfə valideynlərimi də ziyarət edirəm.
Muğam səsi gəldiyində ürəyimin telləri əsir.
- Orada yaşayan azərbaycanlılarla əlaqə saxlayırsınızmı?
- Bəli, Ər-Riyadda az azərbaycanlı var. Lakin mümkün olduğu qədər əlaqə saxlayırıq. İşim çox ağırdır. Tez-tez görüşməyə imkan olmur. Buradakı səfirliyimiz bizi tədbirlərə dəvət edir. Orada əksər hallarda görüşürük.
- Xaricdə çalışmaq peşənizlə bağlı sizə hansı imkanlar yaradıb?
- Demək olar ki, peşəmi A-dan Z-yə qədər xaricdə öyrənmişəm. Bəlkə də, indi imkanlar var. Lakin mənim təhsil aldığım illərdə məhdudiyyət vardı.
Bakıda rezidensiya proqramları yox idi. Bizim bitirdiyimiz ildən sonra başladı.
Rezidentura, Laparoskopik ve robotik cərrahiyyə inkişaf etməmişdi.
- Sizə bu gün uşaq cərrahiyyəsi sahəsində ölkəmizdəki həkimlərin öyrənəcəyi çox şeymi var?
- Bəli. Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsinin daha da irəli getməsi üçün əlimdən gələni etmək istəyərəm. Hazırda orada çox yaxşı cərrahlar var, lakin inkişaf üçün vaxt lazımdır.
- Siz təhsilinizi Amerikada davam etdirmisiniz. Bu sahədə təhsil sistemində hansı fərqlər var?
- Bakıda uşaq cərrahı olmaq uçun, ilk növbədə pediatr olmalısan. Burada elə deyil. Uşaq cərrahı olmaq üçün mütləq, öncə ümumi cərrah olmalısan. Pediatriya və cərrahiyə müxtəlif şaxələrdir. Ondan sonra ən azı 5 il ümumi cərrah olmaq lazımdır. Sonra 3 il uşaq cərrahı olmalısan ki, mütəxəssis cərrah dərəcəsi alasan.
- Siz niyə məhz bu sahəni seçdiniz. Adətən, qadınlar cərrahiyyəyə az üstünlük verirlər.
- Mənim rəhmətlik babam Cabbar Cəfərov cərrah olmuşdu. İlk əməliyyatı onunla 19 yaşında etmişik. Görünür cərrahiyyəyə məhəbbətimiz irsidir. Övladlarının heç biri cərrah olmadı. Lakin mən əzəldən sevdim. Cərrahiyyə çox canlı və yaradıcıdır.
- Orada dil baxımından problem yaşayırsınızmı? Yerli əhalinin Azərbaycan haqqında məlumatı varmı?
- Yerli əhalinin son illərdə artıq Azərbaycan haqqında məlumatları var. Bura gəlmədən əvvəl ərəb dili kurslarına getdim, ərəb dilini yaxşı bilirəm, yazıb, oxuyub, danışmaqda çətinliyim yoxdur. O ki qaldı işdə- ingiliscə danışırıq ki, o mənim ana dilimdən başqa ikinci dilimdir. Mən məktəbi və universiteti rus dilində bitirmişəm.
- Gələcəkdə hansı planlarınız var?
- Gələcəkdə Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info