“Özümüzü hər cür vəziyyətə hazırlamalıyıq”
Tarix: 19.01.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


İran prezidenti Həsən Ruhani Tehranda yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, Ruhani nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) imzalanmasının İran iqtisadiyyatı üçün çox faydalı olduğunu vurğulayıb: “Bu olmasaydı, ölkə neft satışında və büdcənin təminində problemlə üzləşəcəkdi. Biz HBFP razılaşması ilə dünyaya sübut etdik ki, İran xalqı və sistemi haqlı tərəfdir. Bu sistemə böhtan atanlar bu gün dünya tarixi qarşısında başıaşağı olmalıdır”. İran prezidenti ABŞ-ın yeni prezidentinin HBFP-nin dayandırılacağına dair sözlərinə münasibət bildirib: “HBFP bu demək deyil ki, kimsə hardasa seçiləcəksə, razılaşmanı pozacaq. ABŞ prezidentinin bu plandan xoşu gəlməyə bilməz. O bilmir ki, HBFP xeyrinədir. Amerikanların HBFP ilə bağlı öhdəliklərini yerinə yetirmədikləri barədə deyilənlər düzdür. Özümüzü hər cür vəziyyətə hazırlamalıyıq”. Ruhani qarşıdan gələn prezident seçkilərində Nəzarət Şurasının onun namizədliyinin qeydiyyata almadığına dair yayılan məlumatlara münasibət bildirərkən deyib ki, bu, şayiədir. Hələ seçkilərə çox vaxt var. Ruhani Suriya böhranı ilə bağlı Astanada keçiriləcək görüşlə bağlı bildirib ki, bu münaqişənin həlli bir və ya iki məsələdən ibarət deyil: “Çalışırıq ki, Astanada atacağımız ilk addım sonuncu addım olmasın, başlanğıc olsun və davam etsin. “İŞİD” və “əl-Nüsrə” birlikdədir. Kürdlərin və digər qüvvələrin məsələsi həll olunmalıdır. İran İslam Respublikası çalışır ki, Suriya məsələsi siyasi yolla və danışıqlarla həll olunsun”. İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərindən danışan Ruhani deyib ki, İran həmişə qonşu ölkələr, xüsusilə islam ölkələri ilə əlaqələrin inkişafına çalışır. O, İran və Səudiyyə Ərəbistanı arasında heç bir problemin olmadığını qeyd edib: “İran Səudiyyə Ərəbistanının daxili işinə müdaxilə etmək niyyətində deyil və istəmir ki, Ərəbistan regionun siyasi səhnəsindən silinsin”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info