Avstriya ATƏT-ə sədrliyi dövründə üç əsas istiqamət üzrə çalışacaq
Tarix: 19.01.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


ATƏT sədri: "Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər"

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurts arasında görüş olub. Lavrov bu ildən ATƏT-ə sədrlik edən avstriyalı həmkarını dinləmək istədiyini bildirib. "Biz sizin ATƏT-ə sədrlik proqramınızı öyrənmişik. Hesab edirik ki, bu proqram praqmatikdir, konkret nəticələrə istiqamətlənib. Bu proqramın uğurla həyata keçirilməsinə yardım etməyə hazırıq", - deyə o vurğulayıb.
Kurts isə Avstriyanın ATƏT-ə sədrliyi dövründə qarşısına üç əsas məqsəd qoyduğunu açıqlayıb: "Birinci başlıca məqsədimiz münaqişələrin həllinə yardım etməkdir. Hər şeydən əvvəl, əlbəttə ki, Ukraynanın şərqindəki münaqişənin həllinə yardım etməkdir. İkinci məqsəd ənənəvi olaraq Qərblə Şərq arasında körpü rolunu oynamaq, Avropada yenidən yaranan blok düşüncəsini keçmişə göndərməkdir. Bu tapşırıqları həll etmək üçün bir-birimizə daha çox inanmaq lazımdır, daha çox görüşmək lazımdır. Üçüncü məqsədimiz isə radikalizmə və terrorçuluğa qarşı mübarizə aparmaqdır". Qeyd edək ki, görüşdə ATƏT məkanındakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi və Ukrayna məsələsi müzakirə mövzusu olub. Lavrov avstriyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa qitəsində vəziyyətin asan olmamasına baxmayaraq, Rusiya-Avstriya münasibətləri uğurlu şəkildə inkişaf edir: “Avstriya hazırda ATƏT-ə sədrlik edir. Bu təşkilat çərçivəsində qarşılıqlı fəaliyyətimizi müzakirə etdik. Rusiya və Avstriya əmindir ki, ATƏT ümumavropa məkanında gündəlikdə olan əsas məsələlərin vacib müzakirə meydançası olaraq qalmalıdır. Biz Avstriya kimi ATƏT-in potensialının Ukrayna böhranının həllinə yönəldilməsinin tərəfdarıyıq. Minsk razılaşmasının ardıcıl və alternativsiz olaraq həyata keçirilməsinin vacibliyini qeyd etdik. Bildiyiniz kimi, bu razılaşma Donbasa xüsusi status verilməsini, bu statusun konstitusiyaya salınmasını, regionda seçkilər keçirilməsini və əfv məsələsini özündə ehtiva edir. Bütün bunlar ATƏT-in və Normand formatının vasitəçiliyi ilə birbaşa Kiyevlə Donetsk və Luqansk arasında dialoq vasitəsi ilə baş tutmalıdır". Sebastian Kurts "Sputnik"ə müsahibəsində bildirib ki, Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər: "Rusiya mövcud böhranların sülh yolu ilə həlli ilə bağlı konstruktiv dialoqa kömək göstərilməsi məsələsində həlledici rol oynaya bilər". ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaların mərhələli şəkildə ləğv edilməsinə tərəfdardır. Amma bunun üçün də Ukrayna probleminin həlli ilə bağlı Minsk razılaşmasının həyata keçirilməsi vacibdir: “Avropa İttifaqı tərəfindən Rusiyaya iqtisadi sanksiyaların tətbiq edilməsi Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı olan Minsk razılaşmasının tam şəkildə həyata keçirilməməsidir. Minsk razılaşmasının həyata keçirilməsində çox az irəliləyiş olduğundan sanksiyalar 2017-ci ilin sonuna qədər uzadılıb. Mənim fikrim belədir ki, Minsk razılaşmasının həyata keçirilməsi istiqamətində ciddi addımlar atılmağa başladığı halda, sanksiyaların mərhələli şəkildə ləğvinə başlanıla bilər. Amma bu, Krımla bağlı olan sanksiyalara şamil olmayacaq”. Xatırladaq ki, rəsmi Moskva hesab edir ki, sanksiya məsələsinin Minsk razılaşması ilə əlaqələndirilməsi absurddur. Məsələ ondadır ki, Rusiya Ukrayna daxili konfliktin iştirakçısı və Donbasla bağlı razılaşmanın subyekti deyil.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info