“Putin Rusiyanı Yaxın Şərqdə aparıcı oyunçulardan biri etdi”
Tarix: 19.01.2017 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


“ABŞ Astana sülh konfransına rəhbərlik etmir, Birləşmiş Ştatlar heç prosesin tərkib hissəsi də deyil- onun özünü dəvət edirlər”

“Prezident Vladimir Putin Rusiyanı Yaxın Şərqdə aparıcı oyunçulardan biri etdi”.
Bu fikirləri “MSNBC” telekanalına açıqlamasında amerikalı senator Con Makkeyn bildirib. Amerikalı siyasətçinin sözlərinə görə, rusiyalı lider “əlində uğursuz kart olmasına baxmayaraq, istədiyinə çox ağıllı şəkildə nail ola bilib”. Yanvarın 23-də Suriya münaqişəsinin nizamlanması üzrə Astanada keçiriləcək tədbirə ABŞ-ın, sadəcə, dəvət almaqla kifayətlənməli olduğunu xatırladan senator daha sonra bunları deyib: “Ruslar, iranlılar və türklərin ABŞ-ı sülh konfransında iştirak etmək üçün dəvətində başqa heç bir göstərici yoxdur. ABŞ sülh konfransına rəhbərlik etmir, Birləşmiş Ştatlar heç prosesin tərkib hissəsi də deyil- onun özünü dəvət edirlər”. Xatırladaq ki, respublikaçı senator Con Makkeyn daha çox antirusiya mövqeyi ilə tanınır. Bununla yanaşı, o, konkret olaraq seçkiyə müdaxilə kimi qiymətləndirilən haker məsələsinə görə Moskvaya yeni qadağa tətbiq edilməsinin təşəbbüskarlarından biridir.

İrandan açıqlama:
“Rusiya, İran və Türkiyə ABŞ-ı Astanada yanvarın 23-də keçiriləcək Suriya danışıqlarında iştiraka dəvət etməyib”


Onu da qeyd edək ki, nə Makkeyn, nə də onun həmkarları tərəfindən seçkiyə rus hakerlərin müdaxiləsi ilə bağlı heç bir dəlil təqdim edilməyib. Respublikaçı senator qeyd edib ki, ABŞ-ın son üç prezidentinin Rusiya ilə münasibətləri “yükləmək” siyasəti uğur gətirməyib: “Mən ABŞ-ın son 3 prezidenti- Klinton, Buş və Obamanın Moskva ilə “yeni münasibətlər” qurmaq siyasətinin şahidi olmuşam. Amma bunların heç biri uğurlu olmayıb. Rusiya prezidentinin strategiyası göstərir ki, ona qarşı ancaq Ronald Reyqanın “güc vasitəsi ilə sülhə nail olmaq” prinsipindən istifadə olunmalıdır”. Yeni prezident Donald Trampın Vladimir Putinlə necə dialoq aparacağını hələ bilmədiyini deyən Makkeyn bir daha qeyd edib ki, ABŞ-da seçki kampaniyasına rus hakerlərin müdaxiləsi “faktdır”. Qeyd edək ki, dünən daha bir maraqlı açıqlama İrandan gəlib. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani deyib ki, İran, Rusiya və Türkiyə tərəfi ABŞ-ı Astanada yanvarın 23-də keçiriləcək Suriya danışıqlarında iştiraka dəvət etməyib. O bildirib ki, ABŞ-ın Astanada keçiriləcək görüşdə iştirakı gözlənilmir: “Ehtimal olunur ki, ev sahibi olan ölkə bu dövləti müşahidəçi kimi iclasa dəvət etsin, lakin əminliklə deyə bilərik ki, Amerika Astana danışıqlarında, danışıqların nəticələrinin əldə olunmasında heç bir rol oynamayacaq”. Ə. Şəmxani qeyd edib ki, Astana görüşünə atəşkəs sazişini imzalamış və suriyalı-suriyalı formatı üzrə öhdəlik götürmüş silahlı qruplaşmaların nümayəndələri qatılacaq. BMT-nin nümayəndəsi də danışıqlara dəvət olunub. Şəmxaninin sözlərinə görə, İran terrorizmlə mübarizədə Suriyanın qanuni hökumətini dəstəkləyən əsas ölkə kimi siyasi proseslərdə daha fəal iştirak edəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Azərbaycan və Pakistan beynəlxalq və regional təşkilatlar çərçivəsində hər zaman bir-birinə dəstək göstərib
11.12.2018
“Məsələ benzinin qiyməti deyil, fransızlar Makrondan narazıdırlar”
11.12.2018
«ArmenianReport»: “Zatulin artıq erməni xalqının dostu deyil”
11.12.2018
Seçkilər Paşinyanın tərəfdarları arasında düşmənçilik yaradıb
11.12.2018
Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info