“Gəncləri küçəyə çıxaranlar məsuliyyət daşımalıdırlar”
Tarix: 09.04.2013 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Müxalifət partiyaları gənclərə qeyri-qanuni aksiyalara qoşulmaq çağırışları edir, özlərinin pozuculuq fəaliyyətlərində gənclərin qüvvələrindən istifadə etməklə beynəlxalq aləmdə ölkədə antidemokratik mühitin olduğu təsəvvürünü oyatmaq və özlərinin guya demokratik cəbhə olduqlarını dünyaya car çəkmək istəyirlər. Lakin gənclərin iştirak etdiyi bu qeyri-qanuni aksiyalardakı və ondan sonrakı mənzərəyə fikir versək, heç bir müxalifət partiyası rəhbərinin burada olmadığını, özünü aksiyanın təşkilatçısı kimi qələmə verən həmin rəhbərlərin övladlarının isə həbs edilənlərin sırasında olmadığını görərik. Hazırda son qeyri-qanuni aksiyalar zamanı ölkədə ictimai-siasi sabitliyi pozmaqda ittiham olunan “Nida”çıların məhkəmə prosesi gedir. Heç bir ciddi sosial bazaya malik olmayan bu hərəkatın təsisçilərindən biri də Müsavat başqanı İsa Qəmbərin oğludur. Belə bir sual ortaya çıxır: “Niyə həbs edilən “Nida”çıların sırasında İsa Qəmbərin oğlu yoxdur? Bunun səbəbi nədir? Görəsən bu gün həbsdə olan “Nida”çılar bu haqda heç düşünürlərmi? Onların vəziyyətində olan hər bir normal insan bütün baş verən hadisələr arasında bağlantı qurub özünə belə bir sual verərdi: "Bəlkə özünü sözdə müxalifətçi kimi qələmə verən İsa Qəmbərin oğlu əslində hökumətin casusudur?”
İstər-istəməz bu sual və onun hələ də alınmayan cavabı müxalifət sıralarında olan bütün gənclərdə şübhə oyadır. “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbudun məsələyə münasibəti belə oldu: “Azərbaycanda ənənəvi olaraq seçkilər ərəfəsində müxtəlif kateqoriyalara mənsub olan daxili və xarici siyasi qüvvələrin fəallaşmasını biz bu il, 2013-cü ilin əvvəllərindən müşahidə etməkdəyik. Bu ilkin baxımdan o qədər də sağlam xarakter daşımayan siyasi kampaniya şəklində özünü göstərir ki, bunun da əsas obyektlərindən biri ölkə gəncliyidir. Əhalinin ən fəal və kəmiyyətcə ən üstün kəsimi olan gənclərin ölkə daxilində hansısa çirkin siyasi maraqların alətinə çevrilməsi cəhdləri, III sektora şəffaf olmayan maliyyə yardımları, beynəlxalq media quruluşlarının aşkar qərəz nümayiş etdirərək Azərbaycanın beynəlxalq imicinin korlanmasına yönəlik materiallarla çıxış etməsi sözügedən siyasi kampaniyanın əsas görüntülərindəndir. Çox təəssüflər olsun ki, on minlərin qanı bahasına əldə edilmiş müstəqilliyimizin bəhrələrini indi-indi görməyə başladığımız bir dövrdə Azərbaycanda bu destruktiv qüvvələr həlledici sayda olmasa da, müəyyən qədər gəncləri məqsədlərinin icrası istiqamətində səfərbər etməyə nail olublar. Biz birmənalı olaraq gənclərin həbsə atılmasının, onların ictimai-siyasi arenaya qatılması yolunun həbsxanalardan keçməsinin əleyhinəyik. Ancaq şübhəsiz ki, hüquqi dövlət anlayışı qanunvericilyin pozulmasına görə vətəndaşlar üçün məsuliyyət normaları da müəyyən edir. Bu baxımdan hüquq mühafizə orqanlarının bu tip fəaliyyəti ölkədə sabitliyin və əmin-amanlığın qorunması kimi dəyərləndirilməlidir. Siyasi təşkilatların sədrlərinin övladlarının bu cür məsuliyyətdən hələlik kənarda qalması isə heç də onlara hansısa imtiyazın tanınması demək deyil. Heç bir partiya rəhbəri unutmamalıdır ki, xitab etdiyi, çağırış etdiyi və onların çağırışına uyğun şəkildə pozuculuq fəaliyyətinə qatılan hər bir gənc onların övladıdır. Və onların həyatları üçün öz övladları kimi mənəvi məsuliyyət daşımalıdırlar. Ancaq İsa Qəmbərin bu tip mənəvi kriteriyalardan nə qədər uzaq olması haqqında uzun-uzadı bəhs etməyə lüzum olduğunu düşünmürəm.”
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info