Kənd əhalisinin gəlirlərində fındıqçılıq böyük rol oynayır
Tarix: 19.01.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Fındıqçılıq Zaqatala rayonunda tarixən inkişaf etmiş təsərrüfat sahələrindəndir. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır.
Rayonun Bəhmətli kəndində yaşayan digər ailələr kimi, Abduləziz Əhmədovun 6 nəfərdən ibarət ailəsinin büdcəsinin formalaşmasında da fındıqçılıq əsas rol oynayır. Kənd sakini AZƏRTAC-a müsahibəsində son dövrlər bu sahənin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən böyük önəm verildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlərin kənd əhalisi tərəfindən razılıqla qarşılandığını bildirib. A.Əhmədov deyib: “Fındıqçılıq çox gəlirli sahə olduğundan əhali fındıq bağlarını ildən-ilə genişləndirir. Mənim özümün ata-babadan qalma 2 hektar fındıq bağım var. Keçən il bağdan 2 tona yaxın məhsul götürdüm. Ötən mövsüm fındığın bir kiloqramının satış qiyməti 5-6 manat arasında dəyişib. Bu qiymət istehsalçıları tam qane edib. Mənim kimi bir çox ailələrin büdcəsi ötən il məhz fındıqdan əldə etdiyimiz gəlir hesabına təmin olunub”.O bildirib ki, hazırda Bəhmətli kəndində əhalinin istifadəsində 200 hektara yaxın fındıq bağı var. Bu bağların 40 hektarı son illərdə salınıb. Fındıqçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanan kənd sakinləri 2016-cı ildə əlavə olaraq 100 hektar sahədə yeni fındıq bağları salıblar. Abduləziz Əhmədovun özü isə ötən il 8 hektar əlavə fındıq bağı salıb. Yeni salınan bağlar 5-6 ildən sonra tam məhsul verəcək. Bu isə, öz növbəsində, əhalinin gəlirlərinin daha da artmasına, güzəranının yaxşılaşmasına, ixracın yüksəlməsinə səbəb olacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info