Yapon məktəblilərindən məktublar
Tarix: 19.01.2017 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


“Azərbaycanla bağlı kifayət qədər maraqlı məlumatlar verdiyinizə görə mən də Azərbaycana getmək fikrinə düşdüm”

Xəbər verdiyimiz kimi, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov 2016-cı ilin avqust ayından Tokio məktəblərində dərs deməyə başlayıb. Hər ay onun 3 - 6 dərsi olur. Əlibəy Məmmədovun sözlərinə görə hər dərsdən bir neçə həftə sonra məktəb rəhbərliyi tərəfindən şagirdlərin yazdığı məktublar onun ünvanına göndərilir: “İnanın ki, bu məktublarda şagirdlərin öyrəndiklərini, Azərbaycana yaranmış sevgi hislərini görəndə sevinc göz yaşlarını saxlamaq olmur. Bu hissi anlamaq heç də hər kəsə nəsib olmur”.


Ə.Məmmədov deyir ki, qısa müddət ərzində orta hesabla 500-dən çox məktub alıb: “Əksəriyyət ilk dəfə eşitdiyini, belə bir ecazkar ölkəyə hökmən getmək istədiklərini bildirir. Onlardan bəziləri, hətta gələcəkdə Azərbaycanda təhsil almaq, işləmək, yaşamaq belə istəyir. Yaponiyalı şagirdlərdə Azərbaycana qarşı bu cür sevgi hissinin, müsbət rəyin yaradılması, gələcəkdə Azərbaycan və Yaponiya münasibətlərinə müsbət təsir göstərə bilər”.
Yapon məktəblilərinin Azərbaycan haqqında fikir və düşüncələrini bilmək üçün elə Ə.Məmmədovun tərcüməsilə onlardan bir neçəsinin məktubunu diqqətinizə çatdırırıq. Öncə bildirək ki, Yaponiya qanunlarına görə məktəblərin və uşaqların adlarını yazmağa icazə yoxdur. Ümumi olaraq bu məktublar 7-11-ci sinif şagirdləri tərəfindən yazılıb.
Məktubların birində müəllif, Əlibəy müəllimin dərsini dinlədikdən sonra bu günədək heç tanımadığı Azərbaycan haqqında dərin biliklərə yiyələnmiş olduğunu qeyd edir: “Yaponiyada rastlaşmadığımız bir neçə maraqlı mövzu da olduğundan kifayət qədər maraqlı gəldi. Azərbaycanın paytaxtı Bakı şəhəri haqqında xırda incəliklərinə qədər izah etməyiniz, dinləyici tərəf olaraq məni çox sevindirdi. Xüsusilə məni təəccübləndirən (Naftalanın) “Neft vannaları” oldu. Yaponiyada isti bulaqlar mədəniyyəti qədim zamanlardan formalaşsa da, “neft vannaları” adlı fərqli üsulu ilk dəfə idi ki, eşidirdim. Bundan əlavə, bir çox maraqlı mövzulara görə Sizə təşəkkür edirəm”.
Başqa bir məktub müəllifi isə Ə.Məmmədovun Azərbaycanla bağlı söhbətlərinin kifayət qədər maraqlı olduğunu bildirir: “Sayənizdə yeni biliklərə yiyələndim. Xüsusilə 3000 il öncədən durmadan yanan “Yanar Dağ”, “Odla bağlı mövzular” çox maraqlı idi. Eyni zamanda şəkillərdən istifadə edib izah etdiyinizə görə daha yaxşı anlaya bildim. Azərbaycanın toyları ilə bağlı olan mövzu, iştirak edən insanların sayına təəccübləndim. Həm də ən sonda qeyd etdiyiniz “insan səy göstərərsə, onun arzusu reallaşar” ifadənizə heyran qaldım. Mənim də öz arzularım var. Səy göstərməklə onları reallaşdırmaq hissinə qapıldım. Azərbaycanla bağlı kifayət qədər maraqlı məlumatlar verdiyinizə görə mən də Azərbaycana getmək fikrinə düşdüm. Xüsusilə Sizdə meyvə və digər məhsulların daha ucuz olması cəlbedici gəldi”.
Digər məktub müəllifi də Azərbaycanın harada yerləşdiyini, necə ölkə olmasını ilk dəfə öyrəndiyini yazıb: “Düşündüyümdən də çox inkişaf etmiş bir dövlət olmaqla yanaşı, qiymətlərin aşağı olması, Yaponiyada hiss edə bilməyəcəyimiz regionların özünəməxsus mədəniyyəti və təbiətini öyrəndik. Söhbətiniz əsnasında ətraf mühit və yer adları məni özünə cəlb etdi. Çox sevinirəm ki, belə bir dərsin iştirakçısına çevrildim. Çox sağolun”.
Daha bir məktubun müəllifi Ə.Məmmədovun dərsini dinlədikdən sonra Azərbaycanın möhtəşəm bir dövlət olduğunun fərqinə vardığını bildirib: “Meyvələrin, balın qiymətlərinin ucuz olması məni təəccübləndirdi. Nə vaxtsa yemək istərdim. “Neft vannaları”ndan çəkinsəm də, nə vaxtsa daxil olmaq istərdim. Toylarınıza orta hesabla 300 nəfərin gəlməsi və s. əyləncəli gəldi. Azərbaycanla bağlı bir çox biliklərə yiyələndim. Minnətdaram”.
Qeyd edək ki, bütün məktublarda Ə.Məmmədova Tokio məktəblərində Azərbaycan Respublikası barədə dərs keçdiyinə görə təşəkkür edilir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info