“20 Yanvar-Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib
Tarix: 19.01.2017 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Mübariz Qurbanlı: “20 Yanvar faciəsinin törədilməsinə hüquqi qiymət verilib”
Milix Yevdayev: “Nə qədər ki, müstəqil Azərbaycan var, o qəhrəmanlar yaşayacaq”


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş "20 Yanvar - Şəhidlik zirvəsi" mövzusunda konfrans  keçirilib.
Konfransda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dini konfessiyaların rəhbərləri iştirak ediblər.
Konfransda çıxış edən K. Abdulla deyib ki, 20 Yanvarda Azərbaycanın istiqlaliyyəti uğrunda müxtəlif millətlərin nümayəndələri şəhid olub, bu, ümumilikdə Azərbaycan xalqının mübarizəsini əks etdirib: “Böyük dövlət xadimi Heydər Əliyevin həmin dövrdə Moskvada Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza qarşı qətliam törədildiyini bəyan edib. Bu, bir cəsarət nümunəsi idi. İlk dəfə SSRİ-yə qarşı etiraz SSRİ-nin mərkəzində eşidildi”. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M. Qurbanlı 20 Yanvarın xalqın yaddaşına qəhrəmanlıq salnaməsi kimi həkk olunduğunu vurğulayıb: “20 Yanvar faciəsinin törədilməsinə hüquqi qiymət verilib. 20 Yanvar faciəsinin törədilməsində əsas günahkar Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyi idi. Azərbaycanın o dövrdəki rəhbərliyinin də bununla bağlı müəyyən günahı vardı. Bir məqamı da qeyd edim. 20 Yanvara yalnız faciə kimi yanaşılırdı. Heydər Əliyev bəyan etdi ki, bu, həm də Azərbaycan xalqının bir qəhrəmanlıq salnaməsidir. Heydər Əliyevin bu çıxışından sonra 20 Yanvar hadisəsinə baxış da dəyişdi”.
 
Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev dünyada Günəşə və ölümün gözünə dik baxmağın mümkün olmadığını qeyd edib: “Məhz qəhrəmanlar ölümün gözünə dik baxaraq ömürlərini taleyə çevirirlər. Nə qədər ki, müstəqil Azərbaycan var, o qəhrəmanlar yaşayacaq”.
 
Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete şəhidlərə rəhmət diləyib: “20 Yanvar 1990-cı il Azərbaycan tarixinə şəhidlərin qanı ilə qırmızı rənglə yazılıb. Eyni zamanda bu, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şərəfli bir qəhrəmanlıq səhifəsidir”.
 
Rus-Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr Ata da bildirib ki, Azərbaycan xalqı öz tarixini, mədəniyyətini, milli kimliyini dərk edərək müstəqillik uğrunda mübarizə aparıb.
 
Tədbir çıxışlarla davam edib. 
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
20.03.2019
ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info