Obama Ağ Evdə sonuncu mətbuat konfransını keçirib
Tarix: 19.01.2017 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti Barak Obama yanvarın 19-da Ağ Evdə sonuncu mətbuat konfransını keçirib.
Mətbuat konfransı zamanı Prezident Barak Obama bir çox məsələlərə, o cümlədən ABŞ-Rusiya münasibətlərinin inkişaf etdirilməsi, “WikiLeaks”ə dövlət əhəmiyyətli məxfi məlumatları verən informator Çelsi Meninqin cəzası ilə bağlı qərarı, Kuba ilə əlaqələrin bərpası, Fələstin ərazilərində yəhudi məskənlərinin inşasının dayandırılmasını tələb edən 2334 saylı qətnamənin BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmasına ABŞ-ın dəstəyi, ABŞ-İsrail münasibətləri, Obama administrasiyasının eynicinslilərin nikahının leqallaşdırılması məsələlərinə toxunub.
ABŞ-ın gələcək prezidentlərindən danışan B.Obama əmin olduğunu bildirib ki, o, Amerika Birləşmiş Ştatlarının yeganə qaradərili rəhbəri olmayacaq. Gələcəkdə qadınlar, müxtəlif mənşəyə, dinə və irqə məxsus insanlar ABŞ prezidenti olacaq. O, həmçinin qeyd edib ki, Amerika seçki sisteminin ən böyük problemlərindən biri seçkilərin saxtalaşdırılması deyil, seçicilərin səsverməyə getmək əzminin olmamasıdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Kim Çen In Putinə qılınc hədiyyə etdi
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info