BANM-də 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Tarix: 19.01.2017 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri acan BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov 20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. Ramiz Hümbətov 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan dövlətimizin müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin vacibliyindən bəhs etdi. Prorektor Ali Məktəbin tələbələrinə xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda 20 yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının mühüm olduğunu dedi, tələbə gənclərə təhsil aldıqları ingilis dili biliklərindən istifadə edərək bu işdə fəal olmağı tövsiyə etdi.
BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdər Şahverdiyev 20 Yanvar faciəsinin tarixi aspektləri haqqında danışıb, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib. Ələmdər Şahverdiyev 27 il öncə Azərbaycan xalqının taleyində faciəli günlər yaşandığını, qırmızı imperiyanın "Qızıl ordusu" tərəfindən günahsız insanların gülləbaran edildiyini gənclərin diqqətinə çatdırıb. O, gəncləri əl-ələ verib bu faciəni törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün çalışmağa, bununla bağlı həqiqətləri yaymaqda fəal olmağa səslədi.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun müvafiq əmri ilə BANM-də 20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, BANM-də 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Bu günlər tələbələrə dərslər zamanı 20 yanvar faciəsi haqqında məlumatlar verilib, tələbələr Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar yanvarın 17-dən 19-dək Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlərin silsilə nümayişində iştirak ediblər. Tələbələr və əməkdaşlar 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar müqəddəs Şəhidlər xiyabanını ziyarət ediblər. Vətən, müstəqillik uğrunda canından keçən şəhidlərimizin xatirəsi böyük ehtiramla anılıb.

Nigar










 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info