“Qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan ədalətsizlik və məşəqqətlərdən əziyyət çəkənləri yaxşı başa düşür”
Tarix: 19.01.2017 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


“Bir sıra müsəlman ölkələrində mövcud vəziyyətin ümumi mənzərəsi bizim hamımız üçün ciddi narahatlıq yaratmaqda davam edir”.
XİN-in saytında yer alan məlumata görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı zamanı deyib. O, sessiyanın həsr olunduğu Rohinqyada vəziyyətin İslam dünyası üçün ciddi narahatlıq yaratmaqda davam etdiyini və İƏT üzv dövlətlərindən vahid mövqe tələb etdiyini bildirib: “Ermənistan tərəfindən ölkəmizin bir hissəsinin işğalı və etnik təmizləmə faktları ilə müşayiət olunan hərbi təcavüzünün nəticəsi olaraq uzun müddətdir, qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan ədalətsizlik və məşəqqətlərdən əziyyət çəkənləri yaxşı başa düşür. Buna görə biz Rohinqyanın mülki əhalisinin öldürülməsi və həbs edilməsi, onların evlərinin və dini ibadət yerlərinin dağıdılması kimi reppressiya hərəkətlərini kəskin şəkildə pisləyir və Myanma rəhbərliyini bu humanitar böhranı aradan qaldırmağa və Myanmanın müsəlman əhali yaşayan hissəsində ləyaqət və sabitliyi bərpa etməyə çağırırıq. Bu məqamda mən Sivilizasiyalar Alyansının təşəbbüskarlarından biri kimi, Türkiyə Respublikasının dinlər və icmalararası dialoqun təşviq edilməsi məqsədilə buddist və müsəlman icmaları arasında görüşün keçirilməsi ilə bağlı fəaliyyətinə tam dəstəyimizi ifadə edirəm. İnanıram ki, bu yanaşma mühüm əhəmiyyətə malikdir və davam etdirilməlidir. Çünki bu, qarşılıqlı anlaşmanın təşviqi üçün möhkəm əsas yaradaraq daha artıq dərəcədə müəyyənliyin yaranmasına gətirib çıxarır. Ümid edirəm ki, İƏT Kontakt Qrupunun səyləri Mayanma hökuməti və Rakhine ştatında yaşayan müsəlman icması arasında sülhün bərpa edilməsi, onların təhlükəsizliyinin qorunması və onların fundamental hüquqlarının təmin olunması ilə nəticələnəcək”.
 
Nazir çıxışında İsrail-Fələstin münaqişəsinə də toxunaraq bunun ağrılı məsələ olduğunu vurğulayıb: “Mən qardaş Fələstin xalqına sülh və sabitlik əldə etmək və müstəqil dövlət yaratmaq uğrunda mübarizəsində Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan İsrail-Fələstin münaqişəsinin bu müqəddəs torpaqda çoxdan gözlənilən hərtərəfli, uzunmüddətli və ədalətli sülh, təhlükəsizlik və davamlı inkişafın əldə olunmasının yeganə təminatı olan iki dövlət əsasında həllini dəstəkləyir. Biz İƏT tərəfindən Fələstin xalqını dəstəkləmək və Fələstin məsələsinə xidmət etmək üçün görülən işləri təqdir edirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info