20 Yanvar-istiqlal mübarizəmizin faciə və qəhrəmanlıq səhifəsi
Tarix: 19.01.2017 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr edilən anım mərasimi keçirilib. Anım mərasimində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov anım mərasimini giriş sözü ilə açaraq bildirib ki, bu günlər respublikamızda və dünyanın bir çox ölkələrində milli faciəmiz olan 20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Qədirbilən xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Çünki onlar Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsində böyük rol oynayıblar. Azərbaycanın yenidən müstəqillik qazanmasında xalqımızın qəhrəman oğullarının əvəzsiz xidmətləri olmuşdur. Eyni zamanda xalqımızın böyük oğlu, görkəmli siyasət və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında, gücləndirilməsində və dünya miqyasında tanınmasında müstəsna xidmətləri var. 20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının kulminasiya nöqtəsi idi. XX əsr xalqımızın tarixinə həm qanlı faciələrlə, həm də qəhrəmanlıqlarla dolu olan bir dövr kimi daxil olub. Xalqımız haqlı olaraq 20 Yanvar hadisələrini həm faciə, həm də qəhrəmanlıq kimi səciyyələndirir. Çünki 20 Yanvar hadisələri xalqımızın azadlığa qovuşmasında mühüm rol oynayıb.
Anım mərasimində Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova “Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet Ordusunun ən müasir döyüş texnikası ilə silahlanmış hissələri Bakıda çox dəhşətli və qanlı bir cinayət törətdilər. Öz hüquqlarının bərpası üçün küçə və meydanlara toplaşmış dinc mülki əhaliyə odlu silahlardan atəş açıldı, xalq güllə-baran edildi. Xüsusi təlim keçmiş əsgərlər, hətta qoca və uşaqlara belə rəhm etmirdilər. Nəticədə, həmin gecə 134 nəfər (bəzi mənbələrdə bu rəqəm 170 nəfər göstərilir) soydaşımız amansızcasına qətlə yetirildi, 700-dən çox adam yaralandı, 321 nəfər itkin düşdü, yüzlərlə insan həbs edildi. Sovet Ordusunun xüsusi təlim keçmiş hissələrinin Azərbaycanda törətdiyi cinayətlər yalnız Bakıda baş vermiş faciə ilə kifayətlənmədi. Yanvarın 25-də və 26-da Neftçala və Lənkəranda bir sıra cəza tədbirləri həyata keçirildi və insanlar amansızlıqla qətlə yetirildilər. Digər tərəfdən, Azərbaycan informasiya blokadasına salınmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı və məşum hadisədən xəbərsiz idi. Xalqımızın vətənpərvər oğlu, ulu öndərimiz Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək Sovet Ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi və faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Qeyd edək ki, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda xalqın inadlı tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtmasından sonra verildi. 1994-cü il yanvarın 5-də Ümummilli Liderimiz müvafiq sərəncam imzaladı ki, həmin sərəncamda da faciənin respublika miqyasında geniş araşdırılıb hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu. Ümummilli liderimizin müvafiq sərəncamı ilə 20 Yanvar ölkəmizdə Ümumxalq Hüzn Günü elan edilib. Həmin gün Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid soydaşlarımızın xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad olunur. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin və bütövlükdə bu qəbildən olan şəxslərin ailələrinə dövlət səviyyəsində qayğı və köməkliyin göstərilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir. Öz milli dövlətçiliyini yenidən bərpa etmiş respublikamızın bütün bölgələrində şəhidlərin xatirəsinə abidə-komplekslər ucaldılmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YAP-ın Sədr müavini Mehriban Əliyeva 20 Yanvar faciəsinin qurbanlarına və onların ailələrinə xüsusi qayğı və diqqət göstərir.
ADPU rektorunun müşaviri, professor Vilayət Əliyev, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov, Tarix və coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Rəcəb Əliyev çıxış edərək həmin faciəli gün şahid olduqları hadisələri danışaraq bildiriblər ki, 20 Yanvar elə bir tarixdir ki, illər, əsrlər ötsə də, bu gün heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir. Xalqımıza qarşı bu bəşəri cinayəti törədənlər isə həmişə lənətlənəcəklər.
Rektor Cəfər Cəfərov tədbirə yekun vuraraq tələbə-gənclərə 20 Yanvar faciəsinin səbəb və nəticələrini, mahiyyətini dərindən öyrətməyi və onları milli ruhlu vətəndaş kimi yetişdirməyi tövsiyə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info