Uçuşların təhlükəsizliyi üzrə dövlət proqramı qəbul olunacaq
Tarix: 19.01.2017 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov deyib ki, beynəlxalq təşkilatların tələbi əsasında bu qanuna dəyişiklik zərurəti yaranıb: “Bildiyiniz kimi, Azərbaycan 1992-ci ildən Beynəlxalq Aviasiya Təşkilatının üzvüdür. Azərbaycan Çikaqo konvensiyasına qoşulub. Bu konvensiya ilə dövlətimiz öz üzərinə bəzi öhdəliklər götürüb. Bu öhdəliklər əsasən konvensiya və ona edilmiş əlavələrin daxili normativlərdə öz əksini tapmasını tələb edir. 2005-ci ildə “Aviasiya haqqında” qanunu qəbul etdikdə həmin konvensiyaya 18 əlavə var idi. Bu konvensiyanın və əlavələrin əsas tələbləri qanunda nəzərə alınmışdı. 2013-cü ildə  həmin konvensiyaya uçuşların təhlükəsizliyinin idarə olunması ilə bağlı yeni əlavə qəbul olunub. Bu əlavə tələb edir ki, təşkilata üzv olan hər bir dövlətdə mütləq qaydada uçuşların təhlükəsizliyi ilə bağlı dövlət proqramı olmalıdır. 2015-ci ildə beynəlxalq təşkilat bizdə tam həcmdə uçuş təhlükəsizliyi üzrə audit keçirdikdə bütün amillərin arasında yəni, 8 kritik amillər arasında dövlətin qanunvericiliyini yoxlayanda bizə irad tutublar və mənfi qiymətləndiriblər. Düşünürəm ki, təklif olunan dəyişikliklər konvensiyanın və əlavələrin maddələrindən irəli gələn tələblərin hamısını özündə əks etdirəcək. Biz yenidən standartlara uyğunluq faizini qaldıracağıq. Bilirsiniz ki, 2015-ci ildə uyğunluq faizi qənaətbəxş deyildi. Biz onun üzərində işləyirik. PrezidentAdministrasiyası və Nazirlər Kabineti bizə bu istiqamətdə kömək edir. Ola bilsin ki, bu yaxınlarda struktur dəyişikliyi olacaq”.
Qeyd edək ki, qanun layihəsinə əsasən uçuşların təhlükəsizliyi üzrə dövlət proqramı qəbul olunacaq. Qanun layihəsi müzakirə olunmaq üçün Milli Məclisin yaz sessiyasına tövsiyə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info