“Təəssüf ki, Qərb 20 Yanvar faciəsini görməyib, Qorbaçova Nobel mükafatı verib”
Tarix: 19.01.2017 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) Adana millət vəkili Necdət Ünüvar 20 Yanvar hadisəsinin növbəti ildönümü ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində çıxış edib. 
  
N. Ünüvar deyib ki, 1990-cı ildə yaşanan faciəni tək Azərbaycan xalqı yaşamayıb: “20 Yanvarda sovet tankları Bakıya hücum çəkib, 150 nəfərə qədər insanı qətlə yetirib. Biz də bu acını hiss edirik. Türkiyə və Azərbaycanın sevinci də, kədəri də ortaqdır. Bakıda Şəhidlər Xiyabanı iki hissədən ibarətdir. Birinci hissədə Qafqaz İslam Ordusunun Bakının azadlığı uğrunda şəhid olan əsgərləri, digərində isə Azərbaycanın azadlığı uğrunda şəhid olanlardır”.
  
N. Ünüvar bildirib ki, hər iki ölkənin bayrağında qırmızı rəng var, bu rəng şəhidlərin qanından alınıb: “Şəhidlər olmasa, Türkiyə və Azərbaycan bu gün müstəqil olmazdı. 20 Yanvar hadisələrindən qısa müddət sonra Azərbaycan müstəqilliyini qazanıb və bu gün hamımızın qürurla bəhs etdiyi bir ölkəyə çevrilib. Təəssüf ki, Qərb dünyası 20 Yanvar faciəsini, zülmü görməyib. Hətta bu qanlı cinayətin başında duran Mixail Qorbaçova Nobel mükafatı belə verib”.
 
N. Ünüvar qeyd edib ki, keçmişdə yaşanan faciələr unudulmamalıdır: “Bir millət, iki dövlət kimi sevinclərimizi də, kədərlərimizi də paylaşmalıyıq. Mən 20 Yanvar şəhidlərinə rəhmət diləyirəm”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Türkiyə KİV-ləri: 20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş hərbi cinayətdir
21.01.2019
20 Yanvar hadisələri Özbəkistanda anılıb
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info