Vergilər Nazirliyində 20 yanvar faciəsinə həsr olunmuş anma mərasimi keçirilib
Tarix: 19.01.2017 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyində 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Tədbir açıq elan edildikdən sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, filologiya elmləri doktoru, professor Cəlal Qasımov  bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Sovet imperiyası rəhbərliyinin qabaqcadan düşünülüb hazırlanmış bu təcavuzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq və ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Törədilmiş cinayətlər nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.
Tədbir iştirakçılarının diqqətinə çatdırlıb ki, bütün bunlara baxmayaraq, həmin bu qanlı əməllər Azərbaycan xalqının iradəsini qıra bilməyib, Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxarıb.
Qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb. Onun tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilib. Həmin iclasda 20 yanvar faciəsi Azərbaycan xalqına qarşı hərbi təcavuz və cinayət kimi qiymətləndirilib və bu hadisələrə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin üzərinə düşdüyü qeyd olunub.  
Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onun göstərişi və bilavasitə iştirakı ilə Şəhidlər Xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm abidə kompleksi ucaldılıb, 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 147 nəfərə "20 Yanvar şəhidi" fəxri adı verilib.
Mərasimdə çıxış edən Vergilər Nazirliyinin əməkdaşları qeyd ediblər ki, 20 yanvar qurbanlarının xatirəsi xalqımız tərəfindən bu gün də əziz tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə şəhid ailələrinə lazımi diqqət və qayğı göstərilir, 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dövlət yardımları edilir.
Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqımızın tarixində şərəfli bir səhifə kimi xatırlanacaq, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim qəlblərdə yaşayacaq.
Tədbir iştirakçıları 20 yanvar hadisələri ilə bağlı Vergilər Nazirliyinin foyesində təşkil edilmiş foto və kitab sərgisi ilə də tanış olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info