Gənclər üçün Təhsil Mərkəzinin illik hesabatı keçirilib
Tarix: 19.01.2017 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Bu gün fəal gənclər təşkilatlarından biri olan Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib. Bu məqsədlə mətbuat nümayəndələri qarşısında Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə hesabatı dinlənilib. Bildirib ki, Mərkəz ənənəvi olaraq, başa çatmış ildə gördüyü işlərə qiymət vermək, fəaliyyətində şəffaflığı təmin etmək, o cümlədən yeni ildə qarşıda duran vəzifələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə bu formatda toplantılar təşkil edir.
Daha sonra Mərkəzin illik hesabatı dinlənilib. Bildirilib ki, Mərkəz ötən illərdə olduğu kimi 2016-cı ildəki fəaliyyətini əlaqələndirmək məqsədilə Bakı, Gəncə, Mingəçevir, Qarabağ (Ağcabədi), Quba və Şirvan regional ofislərinin imkanlarında istifadə edib. Mərkəz əhatə dairəsini genişləndirmək məqsədilə 2016-cı il Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Şəmkir rayonunda da nümayəndəliyinik yaradıb.
Qeyd olunub ki, Mərkəz ötən il ərzində “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritet istiqamətlərinə uyğun olaraq, ümumi sayı 123 olmaqla 35 iri və 88 kiçik miqyaslı layihə həyata keçirib. Sözügedən layihələrin maliyyələşdirilməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Unicef Bakı Ofisi, Avropa İttifaqının “Gənclər fəaliyyətdə” Proqramı və digər qurumlarla əməkdaşlıq edib. Layihələr Azərbaycanın 35-dən çox şəhər və rayonunda həyata keçirilmiş, ümumilikdə 10 min nəfərdən çox insana təsir edib.  
Hesabat dövründə “Multikulturalizm ili” çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında “Multikultural marafon” adlı kampaniya həyata keçirilmiş, Azərbaycanın multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verildiyi, ölkəmizin tolerantlıq ənənələri və mədəni dəyərləri təbliğ olunubdur.
İl ərzində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə ardıcıl iş aparılmış, müxtəlif tədbirlər həyata keçirilib. Qanlı Yanvar, Xocalı soyqırımı, eyni zamanda Qarabağ münaqişəsi haqqında real faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə 5 dildə (ingilis, rus, alman, fransız, türk) virtual aksiyalar təşkil olunmuş, təbliğat işi aparılıb. Göstərilənlərlə yanaşı, gənclər arasında Qarabağla bağlı silsilə intellektual bilik yarışları keçirilmiş, 31 Mart azərbaycanlılarının soyqırımı günündə yeniyetmə və gənclərin Quba məzarlığına yürüşü təşkil edilib.
Gənclərin rəqabətə davamlılığını təmin etmək və onların beynəlxalq aləmdə Azərbaycanın maraqlarını müdafiə etməsinə şərait yaratmaq məqsədilə beynəlxalq əməkdaşlığa üstünlük verilib. Avropa Gənclər Klubları Konfederasiyasının tamhüquqlu üzvü olan Mərkəz vasitəsilə 50-ə qədər gənc müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Avropa İttifaqının “Erasmus+ proqramı çərçivəsində də çoxlu sayda gənc müxtəlif təlim, konfrans və forumlarda iştirak edib. 2016-cı il ərzində Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə Avstriya Təhsil Nazirliyi yanında Təhsildə Bərabərlik Koalisiyasının idarə heyətində təmsil olunub.
Region gənclərinin məşğulluğunun artırılması, gənclər arasında peşə təhsilinin stimullaşdırılması məqsədilə regionlarda Peşə Təhsili üzrə Regional Məsləhət Xidməti və Karyera Planlama Xidməti fəaliyyət göstərmiş, Quba rayonunda gənclər üçün Biznes Planlama Xidməti yaradılıb. Həmçinin Samux rayonunda xidmətimizdən yararlanan gənc xanımlar tərəfindən Moda Evi , Füzüli rayonunda gənc xanımların peşə bacarıqlarının artırılması üçün bərbər və dərzi kursları, Ağcabədi rayonunda aztəminatlı ailələrin qız övladları üçün tikiş və toxuculuq kursu fəaliyyətə başlayıb. Aqrar təsərrüfat ilə məşqul olan gənclərin bu sahədə təcrübə və bacarıqlarının artırılması üçün Gənc Sahibkarların Quba Forumu keçirilib.
İl ərzində region gənclərinin problemlərinin öyrənilməsi, onların əlaqədar qurumlarla birgə müzakirəsi və gənclərlə işin prioritet olması məqsədilə Gəncə və Mingəçevir şəhərlərində, habelə Quba və Ağcabədi rayonlarında “Region Gənclərinin İnkişafına Dəstək Forumu” keçirilib.
2016-cı ildə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və dəstəklənməsi istiqamətində 4 regionda “Qızıl Payız” Gənclərin Yaradıcılıq Festivalı keçirilmiş, Gəncə şəhərində gənc rəssam Elçin Cəfərovun rəsmləri nümayiş etdirilmiş, gənclər tərəfindən Rəşid Behbudov və digər korifey musiqiçilərimizin xatirəsinə həsr olunmuş gecələr təşkil olunub.
Gənclər arasında sağlam həyat tərzinin təbliği, onların sağlamlıq imkanlarının artırılması istiqamətində də işlər davam etdirilmiş, Bakı şəhərinin 7 rayonunda “Məktəblilərin Sağlamlıq Forumu”, Qarabağda uşaqlar üçün “Mobil göz klinikası” layihəsi, Gəncə şəhərində isə “Əlil Tələbələrin I Forumu”, “Sağlam gənclik” kampaniyası gerçəkləşdirilib.
Ötən il Mərkəz region gəncləri arasında maarifçilik işinin təbliği, gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə “Kitablar danışır” kitab festivalı, məktəblilərin intellektual bilik yarışları, gənclərin ideya yarmarkaları keçirilib. 
Mərkəz ötən il gənclər arasında sosial məsuliyyətin artırılmasına yönəlmiş proqramlara da üstünlük verib. Belə ki, əlilliyi olan gənclərin təhsil imkanlarının artırılması istiqamətində “Qarabağ inkluziv təhsil və uşaq inkişaf mərkəzi”, valideyn himayəsindən məhrum olan uşaqlar üçün “Onların Kimsəsi Bizik”, “Ehtiyacın varsa götür” aztəminatlı ailələrə yardım kampaniyası, daun sindromlu uşaqlar üçün təşkil olunan “Qəlblərdə döyünən nar dənələri”, “Biz birik, Bərabərik, Həmrəyik” xeyriyyə aksiyalarını da reallaşdırıb.
Hesabat dövründə Unicef Bakı Ofisi ilə birgə regionda yeniyetmə və gənclər arasında hüquqların təbliğinə hesablanmış “Yuvenal Ədliyyə” layihəsinin icrasına başlayıb. Bu istiqamətdə 3 regionda Mingəçevir, Ağcabədi, Şirvanda Hüquq Klinikaları yaradılıb. İl ərzində Mərkəzə 1000-dən çox müraciət daxil olmuşdur. Həmçinin uşaqlar üçün ədliyyə mexanizmlərinin dəstəklənməsi proqramı çərçivəsində Ağcabədi rayonunda Uşaq Hüquqları Məktəbi fəaliyyət göstərib. 
Mərkəz hər il olduğu kimi, 2016-ci ildə də “QHT Məktəbi”nin yaz və payız təlimlərini davam etdirmişdir. Əsası 2002-ci ildə qoyulmuş və bu gün də davam edən Məktəbin fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə ötən il Azərbaycan Turizm və Menecment Universiteti ilə anlaşma memorandumu imzalanmış, təlimlərin birgə keçirilməsi razılaşdırılmışdır. 2016-cı ildə “QHT Məktəbi” Füzuli, Gəncə, Quba, Ağcabədi və Sumqayıtda da fəaliyyətə başlayıb.
Gənc jurnalistlərin praktiki və nəzəri biliklərinin artırılmasını nəzrədə tutan və 23 dərsdən ibarət “MediaMan” jurnalistika məktəbi də ötən il ərzində uğurla davam etdirilib. 
Hesabat ilində Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində tələbələrə güzəştlər təklif edən, onların asudə vaxtının səmərəli keçməsinə və şəxsi inkişafına yönəldilmiş “1inci club” layihəsi start götürmüşdür. Hazırda yüzlərlə gənc bu klubun üzvüdür.
Ötən il gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün Mərkəzin Dağçılıq klubu tərəfindən Heydər Əliyev zirvəsinə, Türkiyənin Qızılqaya zirvəsinə gənclərin yürüşü təşkil olunmuş, müxtəlif rayonlarda gənclər arasında şahmat çempionatları, Qubada gənclərin velosiped yürüşü, ekoloji turizm marşrutları və s. təşkil olunub.
Hesabat dinlənildikdən sonra F.Həsənzadə jurnalistlərin suallarını cavablandırmış, 2017-ci ildə həyata keçiriləcək bir sıra yerli və beynəlxalq layihə barədə məlumat verib.
Mahmud





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info