“Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib
Tarix: 19.01.2017 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə “Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə MŞ sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, media nümayəndələri, millət vəkilləri iştirak ediblər. 
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Ə. Amaşov 27 il əvvəl sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar barədə danışıb. O xatırladıb ki, 1990-cı il yanvarın 20-də Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılıb, “Azərbaycan” nəşriyyatı fəaliyyət göstərməyib: “Azərbaycan xalqı o vaxt təklənmişdi. Bakıda baş verən qırğın haqda ilk haqq səsi Moskvadan gəldi. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada mətbuat konfransı təşkil edərək 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirdi, hadisəyə ilk dəfə siyasi qiymət verdi. Nəticədə 20 Yanvar faciəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı”.  
O, “Bir mətbuat konfransının tarixi” sənədli filminin 27 il əvvəl Heydər Əliyevin Moskvada keçirdiyi mətbuat konfransına həsr olunduğunu söyləyərək qeyd edib ki, sənədli filmin məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi “Qulp studio” tərəfindən hazırlanıb. 
Daha sonra “Bir mətbuat konfransının tarixi” sənədli filmi nümayiş olunub. 
Film barədə çıxış edən millət vəkili Musa Qasımlı deyib ki, filmdə hər şey canlıdır və çox uğurlu alınıb: “Əlbəttə, biz heç birimiz istəməzdik ki, xalqımızın tarixində belə bir gün olsun. Lakin biz tarixi dəyişdirə bilmərik. Mən çox istərdim ki, film müxtəlif dillərə tərcümə olunsun və yerli telekanallarda nümayiş etdirilsin”.   
Tədbir müzakirələrlə davam etdirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info