Gürcüstanın baş naziri BP-nin icraçı direktoru ilə “Şahdəniz” layihəsini müzakirə edib
Tarix: 20.01.2017 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Gürcüstanın baş naziri Georgi Kvirikaşvili BP-nin icraçı direktoru Robert Dadli ilə “Şahdəniz” layihəsinin perspektivlərini müzakirə edib. Gürcüstan baş nazirinin mətbuat xidmətindən bildiriblər ki, müzakirələr Davosda keçirilən görüşdə aparılıb.
Görüşdə “Şahdəniz” layihəsinin ikinci fazası çərçivəsində Cənubi Qafqaz boru kəmərinin Gürcüstan ərazisindən keçən hissəsində genişləndirilməsi istiqamətində görülən işlər, bu layihə çərçivəsində Avropa ölkələrinə nəql olunacaq qazın həcminin artırılması məsələləri müzakirə olunub. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz boru kəmərinin regionun inkişafına verdiyi töhfə xüsusi vurğulanıb. Bildirilib ki, bu layihələr təkcə Gürcüstanda deyil, Türkiyə və Avropada yeni infrastrukturun yaradılmasında mühüm rol oynayır. Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri də müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info