Məşhur fransalı yazıçı Xocalı faciəsi haqqında kitab yazacaq
Tarix: 20.01.2017 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Beynəlxalq Reyn Dərnəyinin prezidenti, fransız yazıçısı Jerar Kardonla görüşüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Azərbaycan qadını” adlı bədii əsər yazmaq və Azərbaycan haqqında ətraflı məlumat toplamaq məqsədi ilə ölkəmizə səfərə gəldiyini nəzərə çatdıran fransız yazıçısı J. Kardon səfərinin sonunda topladığı məlumatlar əsasında bədii əsərlə yanaşı, Xocalı faciəsi haqqında kitab yazacağını bildirib.
Ə. Həsənov J. Kardonun Azərbaycan qadınları haqqında kitab yazmaq məqsədilə ölkəmizə səfər etməsini yüksək qiymətləndirib. J. Kardon Azərbaycan qadınları haqqında kitab yazmaq arzusundan danışıb. Azərbaycan qadınlarına həsr olunmuş əsər iki hissədən ibarət roman şəklində olacaq. Burada qadınların həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq. Azərbaycanda gördüyü inkişafı yüksək qiymətləndirən J. Kardon bu gün Ermənistanda aclığın, yoxsulluğun baş alıb getdiyini, insanların ölkəni tərk etdiyini və oradakı xalqın hazırkı rejimə qarşı olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info