“Heydər Əliyevin adına həkk olunmuş xidməti biz hər zaman xatırlayacağıq”
Tarix: 20.01.2017 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


“Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib

Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə “Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə MŞ sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, media nümayəndələri, millət vəkilləri iştirak ediblər.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ə.Amaşov 27 il əvvəl sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar barədə danışıb. O xatırladıb ki, 1990-cı il yanvarın 20-də Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılıb, “Azərbaycan” nəşriyyatı fəaliyyət göstərməyib: “Azərbaycan xalqı o vaxt təklənmişdi. Bakıda baş verən qırğın haqda ilk haqq səsi Moskvadan gəldi. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada mətbuat konfransı təşkil edərək 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirdi, hadisəyə ilk dəfə siyasi qiymət verdi. Nəticədə 20 Yanvar faciəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı”. O, “Bir mətbuat konfransının tarixi” sənədli filminin 27 il əvvəl Heydər Əliyevin Moskvada keçirdiyi mətbuat konfransına həsr olunduğunu söyləyərək qeyd edib ki, sənədli filmin məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi “Qulp studio” tərəfindən hazırlanıb. Daha sonra “Bir mətbuat konfransının tarixi” sənədli filmi nümayiş olunub.
Əli Həsənov filmdə bildirib ki, o zaman 20 Yanvar hadisəsinə faktiki olaraq siyasi qiymət verilməmişdi: “Rusiya mətbuatında qeyd olunurdu ki, guya bir qrup ekstremist Bakıda yaşayan ermənilərə divan tutmaq istəyirmiş, Sovet ordusu da gəlib onları xilas edib, Bakıdakı ekstremistləri də dağıdıb. Bu, belə dəyərləndirilirdi. Amma faktiki olaraq biz hadisələrin əhatə dairəsini, Bakıda baş verənlərin mahiyyətini yaxşı bilirdik. Əlbəttə, həqiqəti yalnız Qərb mətbuatından aldığımız məlumatlar əsasında müəyyən edir, Heydər Əliyevin proseslərə münasibətindən öyrənirdik”.
"Moskvada bir qrup hazırlanmış adamlar Heydər Əliyevin keçirdiyi mətbuat konfransı zamanı ona söz deyəndə biz tələbələr həmin o adamlara qarşı ciddi etiraz etmək istədik. Amma Heydər Əliyev bizi sakitləşdirdi, dedi ki, dəyməyin, işiniz olmasın. Gülümsəyərək, üzünü zala tutub dedi ki, mən 20 Yanvar faciəsinə qiymətimi verirəm: “Kim bunu necə dəyərləndirir, özü bilər. Burada verilən suallara da mən cavab verirəm”. Heydər Əliyevin topu-tüfəngi, ordusu yox idi. Onun səlahiyyəti, hakimiyyəti yox idi ki, bu hadisəni, vəhşiliyi törədənlərə qarşı tədbir görsün. Onun bir səsi, iradəsi və milli ruhu var idi. O, milli əhval-ruhiyə, milli iradəyə arxalanaraq insanlara sözünü çatdırdı, hadisələrə qiymət verdi. Faktiki olaraq Azərbaycan xalqının kortəbii antimoskva hərəkatına bir sistemlilik gətirdi. Onun düşünülmüş fəaliyyəti milli azadlıq hərəkatını hədəfləri bəlli olan bir hərəkata çevirdi. Bu onun tarixi xidmətidir və onun adına həkk olunmuş xidməti biz hər zaman xatırlayacağıq”, - deyə Əli Həsənov filmdə bildirir.
PA rəsmisi vurğulayır ki, 1990-cı ildə təqiblər başlayandan sonra Heydər Əliyev Bakıya gələndə, onu müşayiət edən iki adamdan biri olub: "Bilərəkdən Moskva Dövlət Universitetinin aspirantı kimi mən də onu Bakıya və buradakı təqiblərdən sonra Naxçıvana qədər müşayiət etmişəm. Faktiki olaraq Heydər Əliyevin proqramında, niyyətində, məqsədində yenidən siyasətə qayıdış yox idi. Heydər Əliyev ehtiyacdan Azərbaycanda hakimiyyətə gəldi və sübut etdi ki, o doğrudan da Azərbaycanda olmalı idi. Müstəqil Azərbaycan dövlətinin o çətin günlərində ona məhz belə bir müdrik, siyasətin bütün çalarlarını bilən adam lazım idi”. Film barədə çıxış edən millət vəkili Musa Qasımlı deyib ki, filmdə hər şey canlıdır və çox uğurlu alınıb: “Əlbəttə, biz heç birimiz istəməzdik ki, xalqımızın tarixində belə bir gün olsun. Lakin biz tarixi dəyişdirə bilmərik. Mən çox istərdim ki, film müxtəlif dillərə tərcümə olunsun və yerli telekanallarda nümayiş etdirilsin”. Tədbir müzakirələrlə davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26.06.2019
Gədəbəyin daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
26.06.2019
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb
26.06.2019
Naxçıvanda muzeylərə verilən rəsm əsərlərinin təqdimatı olub
25.06.2019
ABŞ-ın Monterey şəhərinin nümayəndə heyəti Lənkəranda olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info