5,3 kilometr dəmir yolu əsaslı təmir olunur
Tarix: 23.01.2017 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Bakı sərnişin–Zabrat–Sumqayıt sərnişin dəmir yolu istiqamətində 29.2 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmiri sürətlə davam edir. İşlər mərhələ-mərhələ aparılır. Layihə çərçivəsində Böyükşor-Sabunçu mənzilində 5,3 kilometr uzunluğunda yolun əsaslı təmirinə başlanılıb. Artıq 2,3 kilometr köhnə yol sökülüb, təmir işləri 10 gün davam edəcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir.
Xatırladaq ki, Bakı sərnişin–Zabrat–Sumqayıt sərnişin dəmir yolu xəttinin əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 6,5 kilometr yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb.
Qeyd edək ki, bu yolun qoyuluşu başa çatdıqdan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzilbaşına rahat və təhlükəsiz şəraitdə çatacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19.04.2019
Bakıda İran Ticarət Mərkəzi açılıb
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info