Məktəblilər “Olimpiya Hərəkatı–2017” yarışlarında iştirak edirlər
Tarix: 23.01.2017 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri “Olimpiya Hərəkatı–2017 (Olympic Moves–2017)” idman proqramı çərçivəsində keçirilən yarışlarda iştirak edirlər.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, “Olimpiya Hərəkatı–2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və fəal həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdir.
Yarışlar beş idman növü – voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilir. Yarışlara Bakı məktəbləri ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncənin təhsil ocaqları da qatılıb.
Qeyd edək ki, “Olimpiya Hərəkatı – 2017” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu təşəbbüs məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Mbappe İspaniyaya keçir?
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan
21.03.2019
Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub
21.03.2019
ABŞ beysbolçusu ən bahalı müqaviləyə imza atıb
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info