Prezidentin son sərəncamları ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb
Tarix: 23.01.2017 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” imzaladığı sərəncamlar ölkə veteranları tərəfindən də rəğbətlə qarşılanıb.
Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, veteranları məmnun edən başlıca cəhət əhalinin, xüsusilə onun aztəminatlı və sosial müdafiəyə daha çox ehtiyac duyan hissəsi sayılan pensiyaçıların rifah halının ilbəil yüksəldilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində olmasıdır. Bu baxımdan son qərarlar ümumən ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb.
Təşkilata müraciət edən ölkə veteranları Prezident İlham Əliyevin bu humanist addımını yüksək qiymətləndirir, onun əmək pensiyası alan veteranların maddi durumuna müsbət təsir göstərəcəyini xüsusilə vurğulayırlar. Veteranlar, həmçinin bildirirlər ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı insanların, eləcə də aztəminatlı ailələrin sosial problemlərinin həllinə daim qayğı və diqqətlə yanaşmasının növbəti təzahürüdür.
Veteranlar Azərbaycan dövlətinin bütövlükdə ölkə vətəndaşlarının, xüsusilə veteranların sosial-maddi vəziyyətinin yaxşılaşması istiqamətində ardıcıl proqramlar həyata keçirdiyini, cari ildə də bu məsələlərin diqqətdə saxlanacağına əminliklərini ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info