20 Yanvar faciəsi ilə əlaqədar Avropa ictimaiyyətinə müraciət ünvanlanıb
Tarix: 23.01.2017 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycanlıları Konqresinin 20 Yanvar faciəsi ilə bağlı Avropa parlamentinə, Almaniya əyalət parlamentlərinə müraciət ünvanlayıb. Müraciətdə Azərbaycan xalqının tarixinə "Qara Yanvar" kimi daxil olmuş hadisələr haqqında məlumat verilir və hər il faciə qurbanlarının Azərbaycanda və dünyada yaşayan azərbaycanlılar tərəfindən yad edildiyi bildirilir. Müraciətdə Azərbaycanın müstəqilliyinin yenidən bərpası uğrunda 1988-ci ildən 1990-cı ilə qədər aparılan mübarizə, Sovet rejiminin amansız qəddarlıqla buna qarşı çıxması haqqında geniş məlumat verilir və 1990-cı il yanvarın 19-da SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov tərəfindən 66 minlik ordunun Bakıya göndərildiyi qeyd edilir. Məktubda yanvarın 20-nə keçən gecə sovet ordusunun silahsız, dinc əhaliyə hücumu nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü təəssüflə vurğulanır. Müraciətdə daha sonra bildirilir ki, Sovet rejiminin bütün cəhdlərinə baxmayaraq, 1991-ci il il avqustun 31-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin haqqında Konstitusiya Aktı" qərar qəbul edilib və həmin il oktyabrın 18-də qərar qüvvəyə minib, bununla da Azərbaycan öz müstəqilliyinə nail olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən o da bildirilib ki, AAK -nın rəhbəri Samira Patzer-İsmailova Köln şəhərindəki Şərqi Avropa Forumunun direktoru xanım Valeri Hahn ilə görüşüb. Sovet ölkələrinin siyasi tarixi və müasir dövrdəki inkişafına dair araşdırmalar aparan bu Forum Şərq-Qərb münasibətlərinin mövzularına dair mühazirələr təşkil edir, tarixi həqiqətlərin açıqlanmasına yardım edir. Valeria Hahnsöhbət əsnasında hadisələr haqqında ilk dəfə dəqiq və ətraflı məlumat aldığını etiraf edib, sənədlərlətanış olaraq, 20 Yanvar faciəsinə Avropa məkanında lazımı diqqət ayrılmadığını qeyd edib. Görüşün sonunda Forum direktoru gələcək fəaliyyətlərində20 Yanvar mövzusunun tədbirlər proqramına daxil edilməsini təklif edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info