ABŞ son 30 ildə müharibələrə 14 trln. dollar xərcləyib
Tarix: 23.01.2017 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


"Çini ABŞ-ın iqtisadi problemlərində günahlandırmaq doğru deyil. Bu problemlərin məsuliyyəti birbaşa ABŞ-ın üzərindədir. ABŞ müharibələrə xərclədiyi trilyonlarla dollarlıq vəsaiti infrastruktura və öz millətinə xərcləyə bilərdi". "APA-Economics" xəbər verir ki, bunu "Alibaba" şirkətinin təsisçisi Cek Ma CNBC telekanalına müsahibəsində bildirib.
 "Başqa ölkələr sizdən (ABŞ-dan - red.) iş yerlərinizi oğurlamır. Bu, sizin strategiyanızdır. Siz pullarınızı və resurslarınızı lazım olmayan qaydada bölüşdürürsünüz", - deyə C. Ma qeyd edib.
 Biznesmen deyib ki, ABŞ son 30 ildə müharibələrə 14 trln. dollar xərcləyib: "Halbuki bu vəsait ABŞ-ın infrastrukturuna yatırıla bilərdi. ABŞ-ın iqtisadi artımını zəiflədən Çin deyil, qeyd etdiyim amildir. ABŞ-ın transmilli korporasiyaları qloballaşma sayəsində milyonlarla dollarla ölçülən gəlir əldə edib. Son 30 il ərzində IBM, "Cisco", "Microsoft" şirkətlərinin əldə etdiyi gəlir Çinin ən iri dörd bankının məcmu gəlirindən çoxdur. Bəs bu pullar hara getdi? ABŞ vəsaitləri düzgün bölüşdürmür: Uoll-Strit və Silikon vadisinə həddən artıq maliyyə axını var, halbuki bu vəsaitlər Orta Qərbə və ali təhsili olmayan amerikalılara yönəldilə bilər. Hər şəxsin Harvard universitetini bitirmək imkanı yoxdur".

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info