Hovakimyan: “Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmalıdır”
Tarix: 23.01.2017 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. Metsamor AES-in mütəxəssisi Aleksandr Hovakimyan Ermənistan hakimiyyətinin stansiyanın istismarını dayandırmayacağı təqdirdə malik olduğu bütün məlumatları dünya ictimaiyyətinə açıqlayacağını deyib.
Ermənistan baş nazirinin müşaviri Şuşan Sardaryan bildirib ki, atom elektrik stansiyasının enerji təchizatı yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza nəticəsində dayandırılıb.
Region üçün təhlükə mənbəyi olan AES-in istismar müddəti bitsə də, Ermənistan onun fəaliyyətini dayandırmır. Stansiyanın mütəxəssisi Aleksandr Hovakimyan Metsamorun seysmik zonada yerləşdiyini, nəinki Ermənistan, bütün region üçün böyük təhlükə mənbəyi olduğunu deyib. Bildirib ki, stansiya hökumətə enerji yox, başqa məqsədlər üçün lazımdır. A.Hovakimyan Ermənistanın Müdafiə Nazirliyinin əks kəşfiyyat şöbəsində işləyərkən AES barədə ictimaiyyətdən gizli saxlanılan bir çox məlumatlara sahib olduğunu deyib. O vurğulayıb ki, iki blokdan ibarət Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmalıdır.
1993-cı ildə yenidən işə salınan stansiyanın istismar müddəti tam başa çatıb. 2009-cu ildə yeni AES-in tikintisi üçün qərar qəbul edilsə də, Ermənistanda maliyyə çatışmazlığı səbəbindən bu layihə reallaşmayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb
18.02.2019
Mer seçkisində Paşinyanın namizədi məğlub oldu
18.02.2019
Peskov: “Putin Ərdoğana çox etibar edir”
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info