Təhsil İnstitutunda tədbir keçirilib
Tarix: 23.01.2017 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə ARTİ-nin direktoru vəzifəsini icra edən Emin Əmrullayev, institutun rəhbərliyi, professor-müəllim heyəti və institutun əməkdaşları iştirak ediblər. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib. Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev çıxış edərək qeyd edib ki, 20 Yanvar xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir. O, qeyd etdi ki, 20 yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həm də istiqlal yolumuzun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günüdür. Bu gün 27-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar hadisələrinin yaddaşlardan silinmədiyini, qəhrəmanlıq göstərən övladlarımızın fədakarlığını daim xatırlayacağımızı, onların əziz xatirəsini böyük ehtiramla yad edəcəyimizi bildirib. Tədbir İnstitutun şöbə müdiri Piralı Əliyevin çıxışı ilə davam edib. O, 20 Yanvar hadisələrinin uzun illər sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığı və öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu xüsusi olaraq vurğulayıb. Həmin tarixi anların xatirələrindən bir daha söhbət açıb. İnstitutun elmi işçisi Nurəddin Hüseynov 20 Yanvar günündə şahid olduğu tarixi anları tədbir iştirakçıları ilə bölüşüb. O, Suraxanı dairəsində rus imperiyasına məxsus tankların qarşısına çıxan əliyalın əhalinin igidcəsinə göstərdikləri şücaətindən danışıb. İnstitutun direktor müavini Ənvər Abbasov həmin günlərdə öz qəti etirazını bildirən geniş xalq kütlələrinin Bakıya axınından, qəhrəmanlıq göstərərək mərdcəsinə Sovet Ordusunun hərbi hissələrinin Bakıya yeridilməsinin qarşısının alınmasından danışıb. O, Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxaran bu hadisələri elmi əsərlərə, məqalələrə köçürülməsini tövsiyyə edərək, davamlı olaraq bu işin aparılmasını xüsusi olaraq vurğulayıb. Ə. Abbasov onu da bildirib ki, öz ölkəsinin azadlığını hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə qədər ucalmaları barədə silsilə yazılar və memuarlar yazılmalıdır. Tədbirin davamı olaraq Təhsil İnstitutunun rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanında şəhidlərimizin xatirəsini yad ediblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info