“Jewish News Service”in sabiq redaktoru: “Tramp ABŞ-Azərbaycan münasibətlərini yenidən yaxşılaşdıra bilər”
Tarix: 23.01.2017 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


“The American Spectator” qəzetində “Jewish News Service” nəşrinin sabiq redaktoru Ceykob Kamarasın “Donald Tramp ABŞ-Azərbaycan münasibətlərini yenidən yaxşılaşdıra bilər” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Obama administrasiyasının ABŞ-ın müttəfiqi kimi İsrail və Azərbaycanla bağlı uğursuz siyasətindən və yeni Prezident Donald Trampın administrasiyasında bu münasibətlərin yaxşılaşdırılmasından söz açılıb. İsraillə bağlı qeyri-adekvat hərəkətinə görə Barak Obama administrasiyasını təqsirləndirən müəllif yazır ki, ABŞ-ın səsvermədə bitərəf qalması BMT Təhlükəsizlik Şurasında İordaniyanın Qərb sahili ərazilərində yəhudi məskənlərinin yaradılmasını pisləyən 2334 nömrəli qətnamənin qəbul edilməsinə imkan verib. Lakin elə bu administrasiya son 8 ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni məskənlərinin yaradılmasını bir dəfə belə pisləməyib. Dağlıq Qarabağ münaqişəsi 1980-ci illərdə başlayıb və SSRİ dağılandan sonra tammiqyaslı müharibəyə çevrilib. Müəllif yazır ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır.
Kamaras qeyd edir ki, keçən ilin oktyabr ayında ABŞ-ın dövlət katibi Con Kerri Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə “hazır deyil” deməklə Azərbaycan rəhbərliyini hiddətləndirib. Azərbaycan Prezidenti İlham Əliyev buna cavab olaraq bildirib ki, münaqişənin davam etməsində tərəflərin ikisini də ittiham edən dövlət katibi “Ermənistanın işğalçılıq siyasətinə aşkar dəstək” nümayiş etdirir.
Yeni seçilən Prezident Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayanda ABŞ-ın Azərbaycanla bağlı siyasətində İsraildən nümunə götürə bilər və analoji siyasət həyata keçirər.
Daha sonra müəllif İsrail ilə Azərbaycan arasında sıx əlaqələrdən, bu yaxınlarda Baş nazir Benyamin Netanyahunun Bakıya səfərindən, hərbi və iqtisadi əməkdaşlıqdan, hər iki dövlətin yüksək vəzifəli şəxslərinin rəsmi səfərlərindən, o cümlədən müdafiə naziri Moşe Yaalonun 2014-cü ildə, xarici işlər naziri Aviqdor Libermanın 2012-ci ildə, Şimon Peresin 2009-cu ildə səfərindən yazır. Kamaras, həmçinin Azərbaycanda dağ yəhudiləri və aşkenaz-yəhudilərinin icmalarından və ölkədə antisemitizmin olmamasından söz açır. Donald Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərdən yazan müəllif yeni administrasiyanı ABŞ-ın xarici siyasəti üçün Azərbaycanın regionda əhəmiyyətini yaxşı öyrənməyə çağırır. ABŞ-ın lider mövqeyinin və dünyanın ABŞ-a etimadının bərpası üçün bu etimadı İsrail və Azərbaycan kimi vacib müttəfiqlərdə yenidən qazanmaq lazımdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info