“Azərsu“ 26500 abonentinə “ASAN xidmət“ vasitəsilə xidmət göstərib
Tarix: 23.01.2017 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


"Azərsu" ASC-nin Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir.
 
“Azərsu”yun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2016-cı ildə ASAN xidmət” mərkəzlərinin əhatə dairəsinin genişlənməsi daha böyük istehlakçı qruplarının “Azərsu”yun təqdim etdiyi xidmətlərdən istifadəsinə şərait yaradıb.
 
Ötən il “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu”yun xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26 565 müraciət edilib. Müraciətlərin 7905-i smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, 5694-ü yararsız vəziyyətə düşmüş smart kartların bərpası, 4652-i abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı olub.
 
Bununla yanaşı, məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı 2156, ödənişlə bağlı 1907, borclar haqqında məlumatların verilməsi ilə bağlı 2113, digər məsələlərlə bağlı  2138 müraciət daxil olub. Ən çox müraciət (7382) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınıb.
 
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu”yun müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. “Azərsu”yun müştəri xidmətləri ilə bağlı 2014-cü ildə 10013, 2015-ci ildə 17108 və 2016-cı ildə 26565 olmaqla, ümumilikdə 53686 müraciət daxil olub. Hazırda “Azərsu”yun xidmətləri  Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin  Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki  “ASAN xidmət”  mərkəzlərində təşkil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info