Heydər Əliyev Fondunun “Regional İnkişaf“ İctimai Birliyi qərb bölgəsində sakinlərlə görüşlər keçirib
Tarix: 23.01.2017 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) Gəncə-Qazax Regional Mərkəzi yaradılıb.
 
Birlikdən verilən məlumata görə, təşkilatın qərb bölgəsi üzrə fəaliyyəti Gəncə və Naftalan şəhərlərini, eləcə də Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarını əhatə edəcək, regional mərkəz isə Şəmkir Heydər Əliyev Mərkəzində yerləşəcək.
 
Qeyd edək ki, İctimai Birliyin indiyə qədər Dağlıq Şirvan, Lənkəran, Quba-Xaçmaz, Aran-1, Aran-2, Şəki-Zaqatala regional mərkəzləri yaradılıb.
 
Gəncə-Qazax Regional Mərkəzinin Şəmkir şəhərində keçirilən iclasında çıxış edən "Regional İnkişaf" İB-nin sədri Məhəmməd Abdullayev bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən 2016-cı ildə yaradılan təşkilatın məqsədi ictimai nəzarəti gücləndirmək, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etmək, həyata keçirilən layihələrlə ölkədə aparılan islahatlara, o cümlədən dövlətin regionların inkişafı üzrə gördüyü tədbirlərə dəstək göstərmək, vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulmasına nail olmaqdır.
 
Bildirilib ki, Birliyə regionlardan daxil olan çoxsaylı müraciətlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində konkret nəticələr əldə edilib.
 
Təqdimat tədbirində çıxış edən rayon sakinləri Heydər Əliyev Fondunun bu günədək regionda həyata keçirdiyi layihələrdən, inşa olunan təhsil, səhiyyə müəssisələri barədə danışıb və “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyəti çərçivəsində bu layihələrin genişlənəcəyinə inandıqlarını bildiriblər.
 
Tədbirdə sakinləri maraqlandıran müxtəlif məsələlərin həllinə kömək göstərilməsi ilə bağlı təkliflər verilib.
 
M. Abdullayev RİİB-in fəaliyyətində könüllülərin rolunun əhəmiyyətindən danışaraq, gəncləri İctimai Birliklə əməkdaşlığa, yaşadığı rayon və ya kənd üçün vacib olan məsələlərin həllində yaxından iştirak etməyə dəvət edib. 
 
Sakinlər və könüllülər İctimai Birliyə 150 “qaynar xətt”i, elektron poçt (info@riib.az), sosial şəbəkə hesabları (www.riib.az, www.facebook.com/regionalinkishaf, instagram.com/regionalinkishaf, twitter.com/az_riib)  vasitəsi ilə, 0125050150 telefon və 0505000150 WhatsApp nömrələri ilə əlaqə saxlayaraq təklif və müraciətlərini, foto və video materiallar göndərə, eləcə də gənclər təşkilata könüllü kimi qoşula (www.riib.az/site/bizeqoshul) bilərlər.
 
RİİB nümayəndələri, həmçinin Şəmkirin Zəyəm qəsəbəsi, Sabirkənd və Düyərli kəndlərində, Tovuzun Qovlar şəhəri, Düz Cırdaxan və Cəlilli kəndlərində, Ağstafanın Aşağı Göyçəli və Dağ Kəsəmən kəndlərində, Qazaxın Aşağı Salahlı və Yuxarı Salahlı kəndlərində sakinlərlə görüşlər keçirib, onların problemləri ilə maraqlanaraq təkliflərini dinləyiblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info