Ehsanların təmtəraqdan uzaq keçirilməsi  maddi sıxıntını azaldır
Tarix: 23.01.2017 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Füzuli rayonunda yas mərasimləri İslam qaydalarına uyğun, sadə və israfsız keçirilir. Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Yas mərasimlərinin bu cür təşkil olunması sakinlər tərəfindən də müsbət qarşılanır və dəstəklənir.
Rayonun axundu Nəriman Nəsirov AZƏRTAC-ın müxbirinə bildirib ki, ehsan məclislərinin təmtəraqdan uzaq keçirilməsi vətəndaşları maddi sıxıntıdan uzaqlaşdırır. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları məclisləri üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, bu məclislər hazırda 400-600 manata başa gəlir. Nəticədə vətəndaşlar qənaət olunan vəsaiti digər sosial problemlərinə sərf edirlər.
Füzuli rayonunda ehsan süfrələrinin İslam qaydalarına uyğun, israfçılıqdan kənar keçirilməsi aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması sayəsində mümkün olub. Rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini istiqamətdə maarifləndirir, mütəmadi olaraq əhali arasında təbliğat işləri aparırlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib
13.12.2018
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin islahatları təqdirəlayiqdir”
13.12.2018
3038 vərəsəyə birdəfəlik ödəniş həyata keçirilir
13.12.2018
Şəhid hərbi qulluqçulardan 1115-i üzrə 1509 vərəsəyə də birdəfəlik ödəmə veriləcək
12.12.2018
52 rayon və şəhərdə işəgötürənlərin məlumatlandırılması məqsədi ilə dəyirmi masalar keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 “Ermənistan iqtisadiyyatı böhrandan çıxa bilmir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info