BP-nin vitse- prezidenti BANM-də təqdimatla çıxış edib
Tarix: 23.01.2017 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) BP-nin illik silsilə təqdimatları 2017-ci ilin yanvar ayından “BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirdiyi əməliyyatlara ümumi baxış” mövzusunda məruzə ilə başlanıb. Təqdimatı BANM-ın Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün Azərbaycanda BP şirkətinin hasilat üzrə vitse- prezidenti Elxan Məmmədov keçirib.
O, öz təqdimatında Azərbaycan, Gürcüstan və Türkiyə regionunda BP şirkəti tərəfindən geniş miqyaslı və dünya səviyyəli layihələrin həyata keçirilməsi haqqında ətraflı məlumat verib. Son 20 ildə “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” yataqlarında neftin və qazın hasilatı və nəqli üzrə həyata keçirilmiş layihələrin nəticələri haqqında tələbələri ətraflı məlumatlandırıb. “Şəfəq-Asiman” yataqlarının işlənməsi üzrə perspektivləri açıqlayıb. TAP və TANAP layihələri çərçivəsində həyata keçirilən tədbirlərin Azərbaycan qazının Avropa bazarına çıxarılmasında rolundan danışıb. Məruzənin sonunda Elxan Məmmədov tələbələrin çoxsaylı suallarına cavablandırıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info