“Azərbaycanlı həmkarlarımızdan tutarlı təkliflər almışıq”
Tarix: 24.01.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


“Birlik Kubokunun yenidən təşkili ilə bağlı azərbaycanlı həmkarlarımızdan tutarlı təkliflər almışıq”. Bunu “sport-weekend” qəzetinə müsahibəsində Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Birlik Kubokunun gələcək taleyi ilə bağlı açıqlamasında deyib. V.Mutko mövzu ilə bağlı UEFA prezidenti Aleksander Çeferinlə fikir mübadiləsi apardığını da gizlətməyib: “Əgər klubları yenidən Birlik Kubokuna cəlb etmək istəyiriksə, bunun necə təşkil olunması haqda düşünmək lazımdır. Məsələn, yarışı cənubda keçirmək olar. Bunlardan bir variantı Soçidir. Azərbaycandan olan həmkarlarımızdan da tutarlı təkliflər almışıq. Mükafat fondu məsələsini yenidən gündəmə gətirib artırmaq olar. Turnirin gənclərdən ibarət yığmalar arasında keçirməsi isə uğursuz variantdır”. Qeyd edək ki, 1993-cü ildən postsovet məkanı klubları arasında keçirilən Birlik Kuboku 2011-ci ildə dayandırılıb. Həmin müddət ərzində öIkəmizin “Neftçi”, “Xəzər-Lənkəran” və “İnter” komandaları da turnirin qalibi olmağı bacarıblar. Bundan sonra turnir gənclər və aşağı yaş qrupları yığmaları arasında keçirilib. Ötən ilin iyulundan isə V.Mutko belə bir yarışın artıq təşkil olunmayacağını açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info