Cəmil Həsənli sən də?..
Tarix: 09.04.2013 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Rüstəm İbrahimbəyov adlı «ziyalının» antiazərbaycan mövqeyindən çıxış edərək yaxın dostları olan erməniləri müdafiə etməsi xalqın hiddətinə səbəb olub. Onsuzda ermənilərə məhəbbət bəslədiyini indiyə qədər dəfələrlə nümayiş etdirmişdi. Keçirdiyi festivallar, çəkdiyi filmlər, yazdığı ssenarilər, Moskvada işbirliyində olduğu ermənilər onun bu xalqa olan dərin hörmətinin göstəricisi idi.
Son vaxtlara qədər bunu «yaradıcılıq» çətiri altında gizlətməyə çalışan İbrahimbəyov sən demə, Bakını tərk etmiş ermənilərin xiffətini çəkir, onların həsrəti ilə yaşayırmış. Rusiya, Fransa, ABŞ-a tez-tez reallaşdırdığı səfərlərdə erməni dostları ilə görüşməsi, daim onlarla yaxın təmasda olması ilə bağlı kifayət qədə fakt, sübut var. Heç onun özü də bunu gizlətmir. Belə bir şəxsin «ziyalı» donunda xalqa ağıl verməyə qalxması, özünü «xalqın gününə ağlayan» birisi kimi təqdim etməsi ssenaristin artistik məharətindən xəbər verirdi. Amma onda olan erməni sevgisi, yaşadığı ölkənin müəyyən dairələrinin təsiri altında olması və onların sifarişi ilə siyasətə qoşularaq antiazərbaycan proseslərində rol alması «Rosbalt»a verdiyi son müsahibədə gün işığına çıxdı. Azərbaycan xalqının siyasətdən kənar hissəsi belə, onun həmin müsahibəsini dərin hiddət və qəzəblə qarşıladı. Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı ədalətsiz münasibətdən şikayətlənən, bu ərazinin Azərbaycandan daha çox Ermənistana aid olması barədə fikirlər bildirən R.İbrahimbəyov erməniləri münaqişənin qurbanı hesab edir. Bu da azmış kimi Dağlıq Qarabağın kimə məxsus olması məsələsinin elmi müzakirə (!) mövzusu olduğunu iddia edir. Belə düşəncədə olan şəxs azərbaycanlı ola bilərmi? Bu müsahibəsindən sonra xalqın ona yönələn qəzəbindən qurtulmağa çalışaraq dediklərini təhrif etməyə başlayıb. Amma heç özünü yormasın, antiazərbaycan ruhda verdiyi müsahibə «Rosbalt»ın saytında qalmaqda davam edir. Əgər yazılanlar doğru deyilsə, niyə sayta şikayət etmir? Etməz, çünki saytda yazılanların hamısı onun fikirləridir. Azərbaycanın əleyhinə olan dairələrin əlində oyuncaq olacaq qədər kiçilib yazıçı-ssenarist. O, Moskvada yaşayır, ermənilərlə rahatca işbirliyi qurub və onun üçün Qarabağ heç bir əhəmiyyət kəsb etmir. Heç siyasətdən də o qədər başı çıxmır. Amma daha dəhşətlisi odur ki, onun Bakıdakı «həmkarları», «ziyalılar forumu»nda əyləşən dostları yazıçını müdafiə edirlər. Tarix elmləri doktoru, professor Cəmil Həsənlinin onu müdafiə etməsin anlam vermək olmur. Rüstəm və Əkrəm siyasətçi, tarixçi deyilllər və bu məsələdə naşı ola bilərlər. Axı Cəmil Həsənli, sən tarix elmləri doktorusan, professorsan, tarixi də, siyasəti də onlardan yaxşı bilirsən. Dağlıq Qarabağın kimə məxsus olduğunu tarixçi-professor kimi sən də bilmirsən?
«Dağlıq Qarabağda çoxluq ermənilərə məxsus olub», «ermənilər bizim düşmənimiz deyil», «ermənilərə qarşı düşmənçiilk siyasəti aparmağın əleyhinəyəm», «Dağlıq Qarabağın kimə məxsus olması elmi müzakirə mövzusudur» deyən şəxsi tarixçi-alim kimi necə dəstəkləmək olar? Hakimiyyəti sevməmək, ona müxalifətdə olmaq, siyasi mübarizə aparmaq olar. Amma bu, xalqa qarşı, dövlətin milli maraqlarına qarşı mübarizə aparmaq üçün əsas verirmi? Hakimiyyəti sevmirsənsə sevmə, dövləti, xalqı da mı sevmirsən? Bir fikirləşin-Ermənistanda müxalifətdə olan ziyalılardan biri Qarabağ Azərbaycan torpağıdır desə, onu müdafiə edən və hakimiyyətə müxalifətdə olan bir dənə də olsa, tarixçi-alim tapılarmı? Yəni, erməni qədər də ola bilmirsiniz? Siz necə «ziyalısınız», necə «ziyalı forumu»sunuz ki, dövlətin milli maraqlarının ortaya atıldığı bir məqamda antiazərbaycan mövqeyində dayanırsınız? Rüstəm, Əkrəm eyni mərkəzdən idarə olunur, hara işlədikləri bəllidir. Sən də mi Cəmil Həsənli?
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info