Mərkəzi Bankdan açıqlama
Tarix: 24.01.2017 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Pul nişanları üzərində "Azərbaycan Milli Bankı" və "Azərbaycan Mərkəzi Bankı" yazılmasından asılı olmayaraq eyni dərəcədə tədavül vasitəsidir

Azərbaycan Respublikasının yeni nəsil kağız pul nişanlarının üzərində yazılmış "Azərbaycan Milli Bankı" sözlərinin "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəzlənməsi və bu pulların tədavüldə mövcudluğu ilə bağlı kütləvi informasiya vasitələri və əhali tərəfindən Mərkəzi Banka çoxsaylı suallar ünvanlanıb.
Bu barədə Mərkəzi Bankdan verilən məlumatda deyilir. Mərkəzi Bank bu müraciətləri nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən tədavülə yeni nəsil pul nişanları buraxılıb və bu dövrdə istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə "Azərbaycan Milli Bankı" sözləri yazılıb. 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən "Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu"na dəyişikliklər edilmiş və Qanunda "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə əvəz edilib. Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunmuş kağız pul nişanlarının üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz olunub. Hazırda tədavüldə üzərində "Azərbaycan Milli Bankı" yazılan pul nişanları ilə yanaşı, Referendum Aktının qüvvəyə minməsindən sonra istehsal olunmuş və üzərində "Azərbaycan Mərkəzi Bankı" sözləri yazılmış 1, 5 və 100 manatlıq kağız pullar mövcuddur. Gələcəkdə digər nominallı pulların istehsalı zamanı onların da üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz ediləcək. Bununla əlaqədar, Azərbaycan Mərkəzi Bankı bütün informasiya vasitələrini və əhalini xəbərdar edir ki, Mərkəzi Bank tərəfindən 2006-cı il yanvarın 1-dən etibarən tədavülə buraxılmış bütün nominallarda milli pul nişanları üzərində "Azərbaycan Milli Bankı" və "Azərbaycan Mərkəzi Bankı" sözlərinin yazılmasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq eyni dərəcədə tədavül vasitəsidir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info