Astana danışıqları Suriya münaqişəsini həll edə biləcəkmi?
Tarix: 24.01.2017 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Rəsmi Dəməşq ordu və müxalif qüvvələrin “İŞİD”-ə qarşı birləşməsini təklif edir

Qazaxıstanın paytaxtı Astanada Suriya ilə bağlı konfrans keçirilir. TASS xəbər verir ki, açılışda Suriya hökumətinin nümayəndə heyətinin rəhbəri, Suriyanın BMT yanında nümayəndəsi Bəşər Cəfəri və Astana danışıqlarında müxalifətin əsas təmsilçisi hesab olunan “Ceyş əl-İslam”ın nümayəndəsi Məhəmməd Alluş iştirak ediblər. Görüş iştirakçıları açılışda heç bir bəyanat verməyiblər.
Toplantıda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlama məktubu oxunub. Danışıqlarda Suriya hökuməti və müxalifətinin təmsilçiləri ilə yanaşı, Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi elçisi və ABŞ-ın Qazaxıstandakı səfiri iştirak edirlər. Bağlı qapılar arxasında keçirilən danışıqlarda ilk olaraq dekabrın 30-da elan edilmiş atəşkəsdən sonra yaranmış vəziyyət müzakirə olunur. Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenkonun sözlərinə görə, hazırda tərəflər danışıqlar üzrə yekun sənədin üzərində işləyir. O, həmçinin qeyd edib ki, Dəməşq və Suriya müxalifəti nümayəndələrinin birbaşa danışıqlarının formatı da müzakirə olunur. Bundan başqa, Dəməşq hökuməti “İŞİD” -ə qarşı mübarizədə birgə komandanın yaradılması təklifini irəli sürür. Lakin qeyd edilməlidir ki, Suriya irəli sürdüyü bu ideyaya müəyyən şərtlər də əlavə edir. Şərt isə yaradılacaq vahid bölməyə Suriya hərbçilərinin rəhbərlik etməsindən və bölmənin bütünlüklə Suriyanın hərbi rəhbərliyinə tabe olmaqdan ibarətdir. Bu barədə “İzvestiya” nəşrinə Suriya parlamentinin sədr müavini Sadji Taam məlumat verib. Bu məsələdə heç bir maneənin olmadığını bildirən, sədr müavininin fikrincə, bu məsələ qan tökülməsinin qarşısını ala və barışığın baş tutmasına şərait yarada bilər. Biz yaradılacaq silahlı qüvvələrin Suriya Ərəb Ordusunun əsas hissəsi ola biləcəyinə birmənalı şəkildə dəstək veririk”. “İzvestiya" nəşrinin məlumatına görə, bu mövqeyi Suriya təhlükəsizlik xidmətinin yüksəkvəzifəli şəxslərindən biri də təsdiqləyib: “Biz ilk vaxtlar qeyri-qanuni qrupların tərkibində fəaliyyət göstərən vətəndaşların ya dinc həyata qayıtması, ya da ordu sıralarına qatılmaq təklifi ilə çıxış edirdik. Ölkə rəhbərliyi bir çox insanın real olmayan vədlər hesabına hərbi qruplaşmalara qoşulduqlarını anlayırdılar. İndi həmin insanların öz vətəndaşlarına qarşı mübarizələrinin dayandırmalarının vaxtı çatıb”. Qeyd etmək yerinə düşər ki, Suriyada martın sonuna qədər əfv qanunu qüvvədədir. Müxtəlif qrupların tərkibində döyüşən suriyalılar marta qədər əfvdən yararlanaraq mülki həyata qayıda və ya hökumət qüvvələrinin tərkibinə qoşula bilərlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri təyin edilib
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info