“Azərenerji”də enerjinin ötürülməsi sisteminin dayanıqlığı daha da möhkəmləndirilib
Tarix: 24.01.2017 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Sumqayıt YGEŞ-ində Azərbaycan və Rusiya enerji sistemlərinin paralel rejimdə işləməsində əhəmiyyətli rola malik olan 330 kilovoltluq (kV) "Yaşma" yarımstansiyasında 220/110/10 kV-lik 1 saylı 200 MVA, 330/220/35/10 kV-lik 2 saylı 240 MVA, 330/110/10 kV-lik 3 saylı 200 MVA avtotransformatorlar və avadanlıqları cari təmir və sınaq edilmiş, rele mühafizə avtomatikası yoxlanılıb. “Azərenerji”nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən bildirilib ki, eyni zamanda, 1 və 3 saylı avtotransformatorların 10 KV-lik tərəfindəki boşaldıcılar yenisi ilə əvəzlənib.
Bu dövrdə 220/110/10 kV-lik “Sənaye Qovşağı”, 110/10 kV-lik “Sumqayıt-2”, yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
Köhnə tipli yağ açarlarının müasir, zamanın tələblərinə cavab verən eleqaz, vakuum açar¬larla əvəz edilməsi, mövsümi tədbirlər planına, illik plan-qrafikə əsasən bütün işlərin ardıcıllıqla, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı 110/35/6 KV-lik 135 saylı yarımstansiyada, 110/35/10 kV Kimyacılar, 110/10 kV Masazır, 110/35/10 kV 83 №-li və digər yarımstansiyalarda görülən işləri də göstərmək olar.
Analoji işlər 110/35/6 kV Şamaxı, 110/35/6 kV-lik Görədil, 110/35/6 kV Sulfanol və digər yarımstansiyalarda da həyata keçirilib. Ümumiyyətlə, yarımstansiyalarda həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri enerjinin ötürülməsi sisteminin dayanıqlığını daha da möhkəmləndirib.
Hava xətləri üzrə görülən işlərə gəldikdə isə, balans mənsubiyyətinə daxil olan 500 kV-lik 2-ci “Abşeron”, 330 kV-lik 1-ci “Abşeron”, 330 KV-lik Xaçmaz, 220 kV-lik “Sənaye Qovşağı” və digər hava elektrik verilişi xətlərinin dayanıqlığının daha da artırılması məqsədilə burada müxtəlif təyinatlı təmir-bərpa işləri yerinə yetirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info