Region sakinlərinə elektron xidmətlərdən istifadədə köməklik göstəriləcək
Tarix: 24.01.2017 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Regionlarda elektron xidmətlərdən istifadədə əhaliyə köməklik göstəriləcək. Məqsəd elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması, elektron xidmətlərdən istifadə etmək ehtiyacı olan insanlara texniki və hüquqi yardımın göstərilməsidir. Layihə rəhbəri Xalid Kazımovun sözlərinə görə, xidmətlərin göstərilməsinə Avrasiya Əməkdaşlıq Fondu maliyyə dəstəyi verir: “Xidmətlərdən 5 ay müddətində elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən Bərdə, Ağdam, Tərtər, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş rayon sakinləri və bu rayonlarda məskunlaşan məcburi köçkünlər istifadə edə biləcək. Əsas məqsədimiz ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək üçün regionlarda elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlılığın artırılması və ehtiyacı olan insanlara xidmətdən istifadə imkanlarının yaradılmasıdır. Belə ki, yaşadığımız dövrdə İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı ölkələrin inkişaf səviyyəsini müəyyən edən mühüm amillərdəndir. İnformasiya mübadiləsi internet vasitəsi ilə elektron şəkildə aparıldığından fəaliyyət daha çevik, effektiv, şəffaf olmaqla yanaşı, xərclər də azalır. Elektron hökumətin bir üstünlüyü də odur ki, bürokratik əngəllər aradan qalxır və artıq vətəndaş saatlarla dövlət qurumunda növbə gözləmir”.
Xalid Kazımov deyir ki, respublikamızda elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində iş aparılır: “Bu gün «Elektron hökumət portalı» vasitəsi ilə əhaliyə 400-dən artıq xidmət göstərilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına bu həftə daha 7 yeni elektron xidmət inteqrasiya olunub. Bununla da indiyədək 453 elektron xidmət təsdiq edilib və 338 xidmət «Elektron hökumət» portalına (www.e-gov.az) inteqrasiya olunub. Əhaliyə dövlət qurumlarının saytlarında 490, «Elektron hökumət» portalı vasitəsi ilə 426 elektron xidmət göstərilir. Elektron xidmətlər orta məktəbin I sinifinə qəbuldan başlamış, şəxsiyyət vəsiqələrinin alınması, daşınmaz əmlakın rəsmiləşdirilməsi, əmək müqavilələrinin qeydiyyata alınması, vergi və sosial ödənişlərə görə hesabatların verilməsi, kommunal xidmətlərin ödənilməsinədək sahələri əhatə edir. Hazırda region sakinlərinin istifadəsində daha çox ehtiyac hiss etdikləri elektron xidmət isə ünvanlı sosial yardımların alınması ilə bağlı müraciətlərin edilməsidir. Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılmaqla ünvanlı dövlət sosial yardımın təyinatı prosesi tam avtomatlaşdırılıb. Amma ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin olunmasına hesablanan bu sistem isə ünvanlı sosial yardıma ehtiyacı olanların müvafiq dövlət qurumuna müraciət etməsini çətinləşdirib. Belə ki, ünvanlı sosial yardım üçün müraciət edən əhalinin aztəminatlı təbəqələrinin böyük bir hissəsinin elektron xidmətlərdən istifadə bacarığı olmadığından onlar özləri müvafiq dövlət qurumuna elektron müraciət edə bilmir. Həmçinin, elektron müraciətin edilməsi üçün müvafiq sənədlərin hazırlanmasında və elektron formada göndərilməsində çətinlik çəkirlər. Hazırda əksər rayonlarda özəl qurumlar tərəfindən bununla bağlı pullu xidmət göstərilir ki, bu xidmətlərdən istifadə etmək üçün isə həmin insanların böyük bir hissəsinin maddi imkanı yoxdur. Düşünürük ki, region sakinlərini həm elektron xidmətlərlə bağlı məlumatlandırmaq, həm də birbaşa texniki və hüquqi yardım göstərməklə elektron hökumətdən istifadə edənlərin sayının artmasına yardım edə biləcəyik. Bu ölkəmizdə rüşvətxorluğun, bürokratiyanın aradan qaldırılması, şəffaflığın təmin olunması, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində aparılan işlərə əlavə dəstək olmaqla yanaşı, aztəminatlı ailələrə elektron xidmətlərdən yararlanma imkanı verəcək”.
X.Kazımovun sözlərinə görə, növbəti ayda elektron xidmətlərə çıxış imkanı olmayan şəxslərə elektron xidmətlərdən istifadə imkanı yaradılmaqla bərabər maarifləndirmə tədbirləri də həyata keçiriləcək: «İlkin mərhələdə isə region sakinlərinin ölkəmizdə əhaliyə göstərilən elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatların toplandığı buklet hazırlanaraq çap edilməsini planlaşdırırıq. Bukletdə, həmçinin əhalinin ödənişsiz texniki yardım ala biləcəkləri ünvanlarla bağlı məlumat da əksini tapacaq. Həmçinin, elektron xidmətlərin əhəmiyyəti, onlardan istifadə ilə bağlı əhalinin məlumatlılığını artırmaq üçün 1 televiziya verilişi hazırlanaraq yayımlanacaq. Sonrakı mərhələdə isə Bərdə, Ağdam, Göygöl, Mingəçevir, Yevlax, Ağdaş rayonlarının hər birində bir seminar (cəmi 6 seminar) keçirilməsi, bir televiziya verilişinin hazırlanaraq yayımlanması nəzərdə tutulur”.
Qeyd edək ki, Avrasiya Əməkdaşlıq Fondunun missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Fond daha çox ölkə üçün prioritet olan istiqamətlərə aid ideya və təkliflərin reallaşdırılmasını müəyyənləşdirir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info