“Məcburi köçkünlərə ayrılan müavinətin taleyi hansısa qurumdan asılı olmayacaq”
Tarix: 24.01.2017 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


“Prezidentin məlum fərmanı ilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha dəqiq mexanizmlə təmin olunacaq, daha da güclənəcək və sosial müdafiənin ünvanlılıq prinsipi təmin olunacaq”.
 
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, əgər buna qədər istər enerji daşıyıcıları, istərsə də çörəklə bağlı qaçqın və məcburi köçkünlərə ayrılan normalar müvafiq qurumlar tərəfindən verilirdisə, bundan sonra hər məcburi köçkünə konkret 36 manat ayrılacaq və onlar birbaşa bu məblğdən istifadə edə biləcəklər: “Eyni zamanda, vəsait itkisinin qarşısı alınacaq, mexanizmlər sadələşəcək və hər bir qaçqın, məcburi köçkün ona ayrılan vəsaiti özünə uyğun şəkildə istifadə etmək imkanı qazanmış olacaq. Bu mənada prezidentin fərmanı irəliyə atılmış bir addımdır”.
 
M. Quliyevin sözlərinə görə, fərmanın mahiyyəti ondan ibarətdir ki, ayrılan müavinətlərin taleyi qaçqın və məcburi köçkünlərin özlərindən asılı olacaq, nəinki hansısa qurumdan: “Pul onların kartına oturulacaq, yaxud nağd şəkildə veriləcək, bu, artıq prinsipial deyil. Əsas odur ki, birbaşa özlərinə veriləcək”.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzayıb. Fərmanda deyilir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilir.





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info