Avtomobil və dəmir yolu ilə sərnişindaşıma artıb
Tarix: 24.01.2017 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


2016-cı ildə nəqliyyatçılar 1 mlrd. 929,6 mln. nəfərə və ya 2015-ci il ilə müqayisədə 2% çox sərnişinə xidmət göstəriblər. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sərnişinlərin 88,5%-i avtomobil nəqliyyatı, 11,3%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
 
Dəmir yolu nəqliyyatı ilə 2016-cı il ərzində 15,3 mln. ton yük, 1 mln. 927 min sərnişin daşınıb, 2015-ci illə müqayisədə yük daşınmasında 10,6% azalma, sərnişin daşınmasında isə 1,8% artım müşahidə olunub.

Orta hesabla sutkada 437 vaqon yüklənib, 420 vaqon isə boşaldılıb.
 
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 17,9 min ton, qərb istiqaməti üzrə 5 min ton, cənub istiqaməti üzrə isə 1,6 min ton yüklənmə işi yerinə yetirilib.
 
Dəniz nəqliyyatı ilə 2016-cı ildə daşınmış yüklərin həcmi 5 mln. 807,3 min ton təşkil edib və əvvəlki ilə nisbətən 12,4% azalıb. Yüklərin 41,5%-ini neft yükləri təşkil edib.
 
Dəniz limanları tərəfindən 9 mln. 125,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 8 mln. 541,9 min tonunu və ya 93,6%-ini tranzit yüklər təşkil edib. 2016-cı il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 44 min ton olub.
 
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2015-ci ilə nisbətən 2,3 dəfə artaraq 19,6 min nəfər olub.
 
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 141,5 mln. ton yük, 1 mlrd. 708,2 mln. sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artım qeydə alınıb. Sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2% azalaraq 217,5 mln. nəfər olub.

Hava nəqliyyatı ilə 1 mln. 981,7 min və ya 8,7% çox sərnişin daşınıb, daşımaların 99,8%-i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 23,5% artaraq 157,9 min tona çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info