“Dövlət başçısının fərmanı məcburi köçkünlərə qayğının bariz nümunəsidir”
Tarix: 24.01.2017 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti bütün təbəqələrin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Lakin dövlət başçısının məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün imzalanan fərman da bu qayğının bariz nümunələrindən biridir”.
Bunu jurnalistlərə açıqlamasında millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərmana münasibət bildirərkən deyib.
F.Heydərov bildirib ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi hadisələr nəticəsində məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızı Azərbaycan Prezidentinin qayğıları yaşadır və gələcəyə ümidləndirir: “Ötən gün Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanı ölkəmizdə bu təbəqəyə göstərilən diqqətin əsas göstəricilərindəndir. Təbii ki, bu qayğı davamlı olacaq”.
Millət vəkili əlavə edib ki, dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq: “Azərbaycan Prezidentinin işğal olunan ərazilərimiz geri qayıtdıqdan sonra çox böyük planları var. Onlar da tezliklə yerinə yetəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info