“Ermənistanın siyasi və diplomatik sistemində çalışanların aşağı səviyyəsi təəccüb və istehza doğurur”
Tarix: 24.01.2017 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Ermənistanın siyasi və diplomatik sistemində çalışan şəxslərin aşağı səviyyəsi təəccüb və istehza doğurur.
Bunu Trend-ə Ermənistan prezidenti Serj Sarkisyan və Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın dediklərini şərh edərkən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, dövlətimizin başçısı “N” saylı hərbi hissənin açılışı zamanı etdiyi məzmunlu çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq münaqişənin həllinin çox sadə olduğunu və bunun üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməli olduğunu vurğuladı:
"Dövlət başçısı heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini qəti şəkildə bir daha bildirdi: "Əgər kimsə utopik xülya ilə yaşayaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin müstəqilliyini gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq!"
XİN rəsmisi bildirib ki, münaqişənin həlli ilə əlaqədar Azərbaycanın ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan mövqeyi qəti və birmənalıdır:
"Ermənistan prezidentinin tərxis olunmuş əsgərlərlə görüşündə "Əgər topraqlar geri qaytarılsa, mən sizin gözlərinizə necə baxaram?" deməsi yalnız ikrah doğurur. Bəs, görəsən, Ermənistan prezidenti məhz onun yürütdüyü hərbi avantüra nəticəsində cəbhədə həlak olmuş erməni əsgərlərin və əsgər valideynlərinin gözlərinə necə baxır? Ermənistanın hərbi diktatura rejiminin yürütdüyü siyasətin Ermənistanı uçuruma apardığı, Ermənistan xalqını və erməni gəncləri gələcəkdən məhrum etdiyi hər kəsə aydındır. Görəsən, buna görə vicdan əzabı çəkirmi?
H.Hacıyev bildirib ki, o ki qaldı Ermənistan xarici işlər nazirinin müavininin açıqlamasına, həqiqətən Ermənistanın siyasi və diplomatik sistemində çalışan şəxslərin aşağı səviyyəsi təəccüb və istehza doğurur:
"BMT nizamnaməsi və xalqların öz müqəddəratını təyin etmə prinsipinin haradasa adını eşidən Ermənistan XİN-in nümayəndəsi hələ də anlamır ki, qanlı etnik təmizləmə, işğal və təcavüz törədərək onun nəticəsində yaradılmış vəziyyəti öz müqəddəratı kimi təqdim etmək beynəlxalq hüququn prinsiplərindən biri olan xalqların öz müqəddəratını təyin etmə prinsipinin tələblərinə, mahiyyətinə və fəlsəfəsinə ziddir. Sözügedən şəxs öz ixtisasına uyğun olaraq biologiya ilə məşğul olsaydı, Ermənistan üçün bəlkə daha faydalı olardı. Ermənistan xalqı Ermənistan idarəetmə sistemində kimlərin çalışdığını yəqin ki özü görür".




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info