Azərbaycanda 9 xalça zavodu tikilir
Tarix: 24.01.2017 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Sənaye Parklarının yaradılması ölkədə bir çox sahələrin inkişafına təkan verəcək. Bunlardan biri də ənənəvi xalçaçılığın inkişaf etdirilməsidir. Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə "Azərxalça" ASC tərəfindən 10 rayonda xalça sexlərinin tikintisinə başlanılıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində 1 xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaqdır. Bunun nəticəsində 1600 yeni iş yeri yaradılacaq. Bundan başqa, ASC tərəfindən bu il əyirici-boyaq müəssisəsinin tikintisinə başlanılacaq.
Xalçaçılıq sahəsində əsas xammallardan olacaq yunun tədarükü, emalı və ixcracı məqsədilə artıq araşdırmalara başlanılıb. Bu sahədə xarici təcrübə öyrəniləcək və tətbiq olunacaq.
İclasda inşaat materialları ilə təminat səviyyəsinin aşağı olduğu sahələrdə yerli istehsalın yaradılması məsələsi müzakirə olunub və müvafiq sahədə araşdırmaların aparılması, yeni istehsal sahələrinin yaradılmasına dəstək göstərilməsi barədə Nazirliyin müvafiq struktur bölmələrinə göstəriş verilib. Bu günlərdə təsis olunmuş Tikinti Materialları İstehsalçıları Assosiasiyası da inşaat materialları ilə təminat səviyyəsinin aşağı olduğu sahələrdə yerli istehsalın yaradılmasında əhəmiyyətli olacaq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info