Xaricə mal göndərən sahibkarlara 270 min manat verilib
Tarix: 24.01.2017 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


“Dövlət başçısı tərəfindən ixracın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ixracının 2 dəfə artırılması vəzifə olaraq müəyyənləşdirilib. Tapşırığın icrası məqsədilə ixrac imkanlarının genişləndirilməsi üçün qısa müddətdə araşdırmaların aparılması və operativ tədbirlərin görülməsi barədə Nazirliyin struktur bölmələrinə göstərişlər verilib. Bu barədə İqtisadiyyat Nazirliyində keçirilmiş kollegiya iclasında bildirilib. Qeyd olunub ki, artıq 54 məhsul (emal məhsulları, o cümlədən ət və süd məhsulları, meyvə-tərəvəz, bal, şərabçılıq məhsulları) üzrə təhlillər aparılıb və ixracının artırılması üçün tədbirlər görülür.
İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunur. İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac müqabilində 270 min manata yaxın vəsait sahibkarlara geri ödənilib.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Suraxanıda sahibkarlara güzəştli kredit verilib
17.09.2019
Gürcü nazir: “Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir”
17.09.2019
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17.09.2019
Gənclər Fondu 425 tələbənin təhsil haqqını ödəyəcək
17.09.2019
Bu ilin sonunda Bakıda Həştərxan Biznes Mərkəzi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info