Vüqar Abbasov Niderland mediasında Azərbaycan həqiqətlərindən yazıb
Tarix: 24.01.2017 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Niderlandda fəaliyyət göstərən "Connekt" təşkilatının sədri, diaspor jurnalisti Vuqar Abbasovun yerli “republiekallochtonie.nl” saytında Azərbaycan həqiqətlərini özündə əks etdirən növbəti yazısı verilib. “Maraqlar, qurbanlar və unudulmuş soyqırım (genosid)” adlı yazıda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından, Xocalı soyqrımından bəhs olunub. Müəllif erməni jurnalistinin yazdıqlarından da yazıda sitat verib. Yazıdan seçmə: “Bundan başqa, erməni jurnalist Davud Xeyriyan da hadisələrin şahidi olub və o, bu barədə yazır: "Bəzən cəsədlərin üstündə yeriməli olurduq. Daşbulağa yaxın bir yerdə bir bataqlıqdan keçmək üçün, oranı cəsədlərlə doldurub bizə yol açdılar. Mən cəsədlərin üzərində yeriməkdən imtina etdim. Sonra polkovnik Ohanyan məni qorxudaraq əmr etdi ki, keçim və dedi ki, bu müharibənin qanunlarından biridir. Mən ayağımı 9-10 yaşlarındakı, hələ də ölməmiş bir qızın sinəsinə qoyaraq getdim... Mənim ayaqlarım, foto aparatım qaının içində idi... ” (Mənbə: "Xaç naminə” kitabı).” Daha sonra soydaşımız Qərb dövlətlərini, siyasətçilərini bu soyqrımı görməzdən gəlməkdə ittiham edib. Müəllif həmçinin qeyd edib ki, Azərbaycan torpaqlarının 20 % - i bu gün də Ermənistanın işğalı altındadır və bu işdə Rusiya Ermənistana böyük dəstək verib: “24-04-2014 – cü il tarixində erməni diasporu Almelo (Niderlandda şəhər –V.A.) şəhərində abidə ucaltdı. Mənə elə gəlir ki, bəzi "gözə görünməz” siyasətçilər Azərbaycanla Ermənistanın, Türkiyə ilə Ermənistanın arasında konfliktin davam etməsini istəyirlər. Təsəvvür edin, əgər bu gen Erməni, sabah, Türk, Azərbaycan diasporu belə abidələr ucaldacaqsa, bu aqresiya heç vaxt azalmayacaq. Bu qədər qurbanların səbəbi isə maraqlardır. Böyük ölkələrin maraqları sayəsində dünyada bu qədər müharibə qurbanları var. Əlbətdə ki, biz, sadə insanlar dünyamıza sülh istəyirik. Ancaq nə qədər ki, maraqlar öndə gedir, dünyamızda sülh olmayacaq. Onlar öz maraqlarını qorumağa çalışacaqlar”.
Yazının həm Niderland, həm də Azərbaycan dilindəki linkləri sizə təqdim edirik:
http://www.republiekallochtonie.nl/belangen-slachtoffers-en-een-vergeten-genocide
http://www.adalet.az/w119011/Maraqlar,_qurbanlar_və_unudulmuş_soyqırım_(genosid)_/#.WIc1rGaV6M9


Fuad







 
Bölməyə aid digər xəbərlər
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info