“Litva ilə sıx əməkdaşlıq Azərbaycan üçün Avropa Birliyində yeni bazarlar aça bilər”
Tarix: 09.04.2013 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


Litvadan ixrac olunan malların həcmi 52% artaraq 45 mln. dollara çatıb

Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Litva biznes forumu keçirildi.
Forumda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd etdi ki, Azərbaycan Avropa Birliyi ölkələri, o cümlədən Litva ilə əməkdaşlığa böyük önəm verir: “Bugünkü forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən artıq iş adamı iştirak edir və bu tədbir iki ölkə arasında əlaqələrin genişlənməsinə və əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcək».
Öz növbəsində Litvanın baş naziri Algirdas Butkeviçius Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib. A.Butkeviçius həmçinin qeyd edib ki, 2012-ci ildə Azərbaycan və Litva arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 34% artaraq 49 mln. dollar təşkil edib. Litvadan ixrac olunan malların həcmi 52% artaraq 45 mln. dollara çatıb. Baş nazir bildirib ki, bu göstəricini artırmaq üçün lazımi perspektiv və imkanlar mövcuddur. A.Butkeviçius onu da bildirib ki, Litva ərzaq sənayesi, İKT və toxuculuq sənayesi kimi sahələrdə böyük təcrübəyə malikdir və Azərbaycanla bu sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır: «Litva ilə sıx əməkdaşlıq Azərbaycan üçün əhalisi 500 mln. olan Avropa Birliyində yeni bazarlar aça bilər».
Tədbirdə rəsmi şəxslərlə yanaşı, təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, suyun təmizlənməsi, avtomobil daşımaları, logistika, avtomobil hissələrinin satışı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir.
Azərbaycan və Litva arasındakı mövcud iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə olunacağı biznes-forumda hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib
22.02.2019
“KOB Dostu” artıq Abşeronda

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info