Tbilisidə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Tarix: 24.01.2017 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Mübariz iki xalqın qəhrəmanlıq səhifələri” adlı mərasim keçirilib.
Universitetin beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Səbinə Novruzzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, bu ali təhsil ocağının rəhbərliyi, professor və müəllim heyəti, həmçinin azərbaycanlı və gürcü tələbələr iştirak edib.
Universitetin rektoru, professor Zauri Amilaxvari tədbiri açıq elan edərək, iki xalqın dostluğundan qürur duyduğunu bildirib: “Gürcüstanda çoxlu azərbaycanlı yaşayır. Bizim dostluq münasibətimiz olmalıdır. Nəzərə almalıyıq ki, dünyada müharibələr gedir, çoxlu şəhid veririk. Ümid edirik ki, torpaqlarımız qayıdacaq, dünyada sülh olacaq. 20 yanvar və 9 aprel Sovet dövləti cavanlarımızı şəhid etdi”.
Onun sözlərindən sonra Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səbinə Novruzzadənin Sovet imperiyasının 1989-cu il aprelin 9-da Gürcüstanda və 1990-ci ilin 20 yanvarında Azərbaycanda törətdiyi qətliamların səbəb və nəticələri barədə məlumatından sonra bu tarixi günlərlə bağlı sənədli film nümayiş etdirilib.
Daha sonra Azərbaycan səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov çıxış edərək deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc sakinlər – qocalar, qadınlar, uşaqlar, gənclər xüsusi amansızlıqla qətlə yetirildi. Ancaq bu faciə xalqımızın mübarizə əzmini qıra bilmədi. Şübhəsiz ki, 20 Yanvar tariximizdə ən qanlı səhifələrdən biridir. Bununla belə, hamımız, ölkəmiz üçün olduqca əlamətdar gündür. Faciə xalqımızı sıx birləşdirdi, nəticədə müstəqil hüquqi dövlət yarada bildik.
20 yanvar, 9 aprel və digər faciələr xalqımızın milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq, dövlət müstəqilliyimizin bərpasının qarşısını bütün vasitələrlə almaq məqsədi daşıyan təcavüzkarlıq aksiyası idi.
Diplomat, xalqımızın müstəqillik mübarizəsindən, 20 Yanvar qətliamı barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasında, bu faciəyə siyasi-hüquqi qiymət verilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb.
O həmçinin vurğulayıb ki, 20 yanvar 1990-cı ildə 5 nəfər Azərbaycan əsilli Gürcüstan vətəndaşı faciə zamanı həlak olub. Səfirlik hər il onların ailələrini yad edir, başsağlığı verir.
Tarixçi alim Quram Marxuliya Azərbaycan və gürcü xalqları arasındakı oxşar talelərdən, müstəqillik uğurundakı mübarizə tarixindən söz açıb, 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda törədilən qırğınlar arasında paralellər aparıb.
O, bu cür anım tədbirlərində gənc nəslin nümayəndələrinin iştirakını yüksək dəyərləndirib, tələbə və gəncləri dövlətin ətrafında sıx birləşməyə, xalqın şanlı tarixini dərindən öyrənməyə çağırıb.
Q.Marxuliya vurğulayıb ki, Tbilisidə və Bakıda törədilmiş qırğınların bir səbəbi də ermənilərin bizə qarşı irəli sürdükləri ərazi iddiaları ilə bağlıdır.
Sonda jurnalist Nizami Məmmədzadə, Çingizxan Yaqubov, Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva, Cavaxişvili adına Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycanın dostları” klubunun əlaqələndiricisi Leyla Əmrahova və başqaları çıxış edərək Azərbaycan dövlətinin inkişafından, ölkələrimiz arasındakı əlaqələrin qədim tarixindən söz açıblar.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info