IDEA İctimai Birliyi “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi koordinator statusunu alıb
Tarix: 24.01.2017 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi növbəti dəfə Dünya Vəhşi Təbiət Fondunun (WWF) "Yer saatı" beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir.
İctimai Birlikdən  bildiriblər ki, koordinator qismində IDEA 10 illiyini qeyd edən "Yer saatı" kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlərin keçirilməsini planlaşdırır.
“Yes saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işiqların kütləvi söndürülməsi adi bir aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası 2016-cı ildə 178 ölkə, 7000 şəhər və hətta Beynəlxalq Kosmik Stansiyada qeyd edilmişdir.
“İqlim hərəkatına işıq saçın” şuarı altında keçirilən “Yer saatı” kampaniyası ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə qlobal maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarmışdır.
Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər.
IDEA İctimai Birliyi 2017-ci il martın 25-də Bakı şəhərində keçiriləcək "Yer saatı" kampaniyasında iştirak etmək istəyən dövlət təşkilatları və özəl qurumlar, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir (info@ideacampaign.org, tel: 012 - 497-63-16).
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info