“Hazırda Dərbənd əhalisinin 30 faizini azərbaycanlılar təşkil edir”
Tarix: 09.04.2013 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında qədim Azərbaycan şəhəri Dərbəndin salınmasının 2000 illiyinə həsr olunmuş tədbir keçirilib. RF Dağıstan Respublikasının Rusiya prezidenti yanında daimi nümayəndəliyi, Ümumrusiya Etnojurnalistlər Konqresi və Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil olunan tədbirdə Moskva-Dərbənd telekörpüsü keçirilib.
Tədbirdə çıxış edən Dağıstan Respublikasının Rusiya prezidenti yanında daimi nümayəndəsinin müavini Vəlimaqomed Maqatayev Dərbəndin 2000 illiyinin qeyd olunması üçün təşkilat komitəsi yaradıldığını söyləyib: “Komitəyə rəhbərlik Rusiya prezidentinin Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinə tapşırılıb. Rəhbər müavini isə Dağıstan Respublikası prezidenti vəzifəsini müvəqqəti icra edən Ramazan Abdulatipov seçilib. Təşkilatın tərkibinə nazirlər və departament rəhbərləri, Dövlət Dumasının deputatları, senatorlar, alimlər, iş adamları da daxil edilib”. V. Maqatayev Dərbəndin 2000 illik yubileyi ilə bağlı tədbirin 2015-ci ilin sentyabr ayında keçiriləcəyini açıqlayıb. Dərbənd meri İmam Yarəliyev yubiley tədbirlərinə yüksək səviyyədə hazırlaşdıqlarını bildirib: “İki ildən az müddət qalmasına baxmayaraq, yubiley tədbirinin hazırlıqlarına start verilib”. Dərbənd əhalisinin sayı haqqında danışan şəhər meri hazırda şəhərdə 120 min nəfərin yaşadığını söyləyib. Onun sözlərinə görə, əhalinin 33 faizini ləzgilər, 30 faizini isə azərbaycanlılar təşkil edir: “Dərbənd əsrlər boyu üç dinin - islam, xristianlıq və yəhudi dinlərinin mənsublarının sülh şəraitində yaşadığı şəhər olub. Dərbənddəki çoxmillətlilik təcrübəsi bütün Rusiyaya örnəkdir”. Sonra çıxış edən Rusiya Rabitə Nazirliyinin kütləvi informasiya vasitələri sahəsində Dövlət siyasəti departamentinin direktoru Yekaterina Larina, Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanov və Ümumrusiya Etnojurnalistlər Konqresinin sədri Cəmil Sadıxbəyov təşkilat komitəsinə Dərbənddə beynəlxalq jurnalist ekspedisiyasının görüşünü keçirməyi və bu quruma yubileyin qeyd olunmasına hazırlıq üçün bütün lazımi şəraitin yaradılmasını təklif ediblər.





 
Bölməyə aid digər xəbərlər
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”
19.02.2019
“Suriya və İraqdan qaçan terrorçular Əfqanıstanda terror xabı yaradır”
18.02.2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb
18.02.2019
Mer seçkisində Paşinyanın namizədi məğlub oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info