“Bu qərar “Qaçqınkom“la qurumlar arasındakı mübahisələrə son qoyacaq”
Tarix: 24.01.2017 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


“Bu qərar islahat xarakteri daşıyır. Ölkədə ciddi islahatlar yoluna qədəm qoyulub. İslahatların başlıca istiqaməti xüsusən enerji sahəsində qənaət rejimidir”.
Bu fikirləri Azadinform-a politoloq Qabil Hüseynli  Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı fərmanı şərh edərkən bildirib. O qeyd edib ki, buna qədər qaçqınlara yardım üçün kommunal xidmətlərdən istifadəyə görə müəyyən limitlər təşkil edilirdi və ya çörək pulu deyilən bir vəsait anlayışı var idi: “Bunlar da həm kasıb və rayonlarda hələ də şəraitsiz yerlərdə məskunlaşan, həm də şəhərdə öz biznesini qurmuş qaçqınlara verilirdi. Amma indi qaçqınların hamısı üçün qazdan, sudan, işıqdan istifadəyə görə limit deyil, 36 manat müavinət ayrılır. Düzdür, o pul ola bilər ki, kimlərinsə tələbatın ödəməsin, ancaq pul onu məcbur edəcək ki, qazdan boluna istifadə etməsin, evdə olarkən bütün otaqların işığını yandırıb elektrik enerjisinə qənaət etməsin. Adam var ki, televizora baxır, amma suyu açıq qoyur. Təbii ki, bu tək qaçqın və məcburi köçkünlər arasında deyil, Azərbaycanın ərazisinin çox hissəsində sosializmdən qalma belə israfçılıq var”. Politoloqun fikrincə, konkret bütün qaçqınlar üçün pul miqdarının təyin edilməsi onları həm qənaət etməyə vadar edəcək, həm də qaçqınlar komitəsi ilə “Azəriqaz”, “Azərsu”, “Azərişıq” arasındakı mübahisələrə son qoyacaqdır: “Bundan sonra “Azəriqaz” öz qazını satıb pulunu alacaq. Qaçqın olan şəxs əgər əvvəl qaz istifadə etmək üçün limitini nəzərdə tutaraq daha çox bədxərclik etməyə meyli varıydısa, indi bu meyllər aradan qalxacaq. Hamı bir növ kommunal xidmətlərdən istifadə edərkən aylıq tələbat prinsipinə riayət edəcək və mümkün qədər qənaət etməyə çalışacaqdır. Əlbəttə bu, rayonlarda, məsələn, Beyləqan, Tərtər və bu kimi yerlərdə yaşayan qaçqınlar üçün yetərli olmaya bilər, lakin xeyli vaxtdır ki, artıq onlar da öz təsərrüfatlarını qurub və yeni şəraitə uyğunlaşa biliblər. Bu nöqteyi-nəzərdən ailədə adam başına bir neçə nəfər varsa ayrılan müavinət 100 manatı ötən bir məbləğə gəlib çıxır. Bu da kommunal xərcləri ödəmək üçün yetərli ola bilər”. Politoloq hesab edir ki, verilmiş qərar düzgün qərardır: “İslahatlar gedən ölkədə limitlər, yardımlar və bu kimi məsələlər yalnız pul ödəmək vasitəsilə tənzimlənir. Və belə tənzimlənmə də insanlar arasında fərqlilik kateqoriyasını aradan qaldırır. İndiki şəraitdə bu ən düzgün çıxış yoludur”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info